Məmmədəliyev Heydər Nurəddin oğlu () — Azərbaycan əsilli Rusiya güləşçisi, Yunan-Roma güləşi üzrə Azərbaycan və Rusiya çempionu, Rusiya milli güləş komandasının tərkibində 55 kq-lıq çəki dərəcəsində dünya çempionu, 2004 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Yunan-Roma güləşi üzrə əməkdər idman ustası.
Həyatı Heydər Məmmədəliyev 2 aprel 1974-cü ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Bakıdakı Olimpiya rezervli məktəbi bitirib. İlk məşqçisi sonralar Azərbaycanın milli qəhrəmanı adına layiq görülən Əliyar Əliyev olub. 1996, 1997 və 1998-ci illərdə Azərbaycan çempionu adına layiq görülüb. 2002-ci ildə Rusiya milli güləş komandasının tərkibində dünya çempionu, 2003-cü ildə Dünya kubokunun sahibi, 2004-cü ildə Afina olimpiadasının gümüş mükafatçısı olub. 1994-cü ildən Yekaterinburqda yaşayır və Verx-İsetsk idman mərkəzində çalışır. Məşqçisi Sergey Novakovskidir. 1999-cu ildən Rusiya komandası heyətində çıxış edir. Ural Dövlət Pedaqoji Universitetinin tələbəsidir. "Ural güləşçiləri" İK-nin heyətində çıxış edir. 2006-cı ilə "Dostluq" ordeni ilə təltif edilib.
İstinadlar
Xarici keçidlər Qubadlı rayon Gənclər və İdman idarəsi: Məmmədəliyev Heydər Nurəddin oğlu МАМЕДАЛИЕВ Гейдар Нураддин Оглы. НИА Греко-римская борьба. Ай да Гейдар! http://www.echo-az.com/archive/2002_09/429/sport.shtml Гейдар МАМЕДАЛИЕВ: «С нашими тренерами даже думать не надо — только делать, как они говорят» http://www.sovsport.ru/gazeta/article-item/85161 55 кг. Финал. Гейдар Мамедалиев (Ч.М. 2002) Мамедалиев Гейдар Mamedaliev Gaidar 55 кг. Гейдар Мамедалиев (Ч.М. 2002)
Kateqoriya:Rusiya güləşçiləri Kateqoriya:Qubadlı rayonunda doğulanlar Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeninin medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:2004 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya gümüş medalına sahib Rusiya idmançıları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Rusiyanın olimpiya güləşçiləri Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları