Nina Yarova İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətinin üzvü olub, Azərbaycanda rusdilli telejurnalistika məktəbinin əsasını qoymuş dövlət mükafatı laureatıdır.
Həyatı
1956-cı ildə Azərbaycan Dövlət Televiziyası fəaliyyətə başlayan gündən orada çalışıb və telekanalda rusdilli verilişin ilk redaktoru olub. Eyni zamanda uzun illər Azərbaycan Dövlət Kinostudiyasında sənədli və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləyib. 1961-ci ildə o vaxt çox da tanınmayan gənc müğənni Müslüm Maqomayev haqqında ilk sənədli film çəkilib.Azərbaycanın tanınmış televiziya jurnalisti vəfat etdi
N.Yarova İsrailə köçdükdən sonra jurnalistika sahəsində fəaliyyətini davam etdirib, İsrail Dövlət Radiokanalının (REKA) müxbiri olub.
İstinadlar