Mixeil Germanes dze Kobaxidze (; 5 aprel 1939, Tbilisi, Gürcüstan SSR — 13 oktyabr, 2019) — Gürcüstan kinorejissoru, ssenari müəllifi, aktyor və bəstəkar.
Həyatı Mixeil Kobaxidze 1939-cu ildə Tbilisidə anadan olmuşdur. 1959-cu ildən ÜDKİ-nin aktyorluq və rejissorluq fakültələrində təhsil almışdır. 1965-ci ildə həmin institutda fəaliyyət göstərən Sergey Gerasimov və Tamara Makarovanın yaradıcılıq emalatxanasını bitirmişdir.
İlk çəkilişinə hələ ÜDKİ-nin ikinci kursunda oxuyarkən başlamışdır. 1961-ci ildən başlayaraq, "Gürcüstanfilm" kinostudiyası ilə əməkdaşlıq etmişdir. Kobaxidze qısametrajlı və animasiya filmləri üzrə ixtisaslaşmışdı. Onun qısametrajlı filmlərindən biri olan "Çətir" Krakov kinofestivalında mükafata layiq görülmüşdü. Ümumi çətinliklərdən Kobaxidze rejissor kimi Gürcüstanda cəmi 5 ağ-qara qısametrajlı film çəkə bildi. Onun yaradıcılıq üslubu formal dəyərləndirildiyinə görə çox nadir hallarda kino çəkə bilirdi.
1996-cı ildən Parisdə yaşayır. XXI əsrin əvvəlində fransız qısametrajlı filmlərinin istehsalında iştirak etmişdir. "Yolda" () filmində rejissor və ssenari müəllifi kimi, “Qırmızı yanaqlar” () filmində isə aktyor kimi işləmişdir. Onun "Sevgi variasiyaları" ssenarisi ssenari müsabiqəsinin birinci pilləsi uğrunda mübarizədə cəmi bir səslə məğlub olmuşdur. Bunun nəticəsində Canal+ və ARTE kanalları onun "Səma kimi" () adlı tammetrajlı film layihəsinin həyata keçməsinə mane oldular.
1996-cı ilin Venesiya Kino Festivalında Kobaxidzenin filmlərinin retrospektiv baxışı keçirilmişdir.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü1961 Gənc sevgi ახალგაზრდა სიყვარული rejissor, ssenarist Qısametrajlı bədii film1962 Karusel კარუსელი rejissor, ssenarist Qısametrajlı bədii film1964 Toy ქორწილი rejissor, ssenarist, bəstəkar Qısametrajlı bədii film1967 Çətir ქოლგა rejissor, ssenarist, bəstəkar Qısametrajlı bədii film1969 Musiqiçilər მუსიკოსები rejissor, ssenarist, aktyor Qısametrajlı bədii film1977 Fedya Федя aktyor Qısametrajlı bədii film1978 Şəxsi suallarla bir neçə müsahibə Ramodenime interviu pirad sakitkhebze aktyor Tammetrajlı bədii film1987 Qanazlığı ანემია aktyor İkiseriyalı bədii film2003 Yolda En chemin rejissor, ssenarist Qısametrajlı bədii film2004 Qırmızı yanaqlar Les joues rouges aktyor Qısametrajlı bədii film
Mükafatlar və nominasiyalar
Mükafatlar Krakov kinofestivalının "Gümüşü əjdaha" və FIPRESCI mükafatları ("Çətir" filminə görə, 1967)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Gürcüstan bəstəkarları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Tbilisidə doğulanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ bəstəkarları