Çexlər və ya Çex xalqı (, , arxaik tələffüzü ) — qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar.
Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışlar.
Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, "çex" sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — "nəslin bir üzvü" mənasını daşıyır.
Tarix Bir etnos kimi çexlər bugünkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar. Çexlərin əcdadı olan slavyan tayfaları VI əsrdən bu ərazilərdə məskən alaraq, qonşu kelt tayfalarıyla qarışmışdılar.
XIII əsrin ikinci yarısı Çexiya ərazilərinə alman mülkədarlarının böyük miqyasda köçməsi ilə səciyyələnir. Müasir zamanda əcdadları alman olan çexlərin ümumi sayı ən azı 100 minə yaxındır. Çexiya torpaqları Habsburq sülaləsinin tərkibində olarkən, hakimiyyət protestantları təqib edirdi. Dini müharibələrdən bezən çex xalqı 1546–1547-ci illər arasında Habsburq sülaləsinə qarşı üsyan qaldırdı, lakin hakimiyyət bu hərəkatı yatırmağı bacardı.
XX əsrin əvvəllərində çox sayda çexiyalı vətəndaşlar iş axtarmaq məqsədilə ABŞ-yə mühacirət etmişdilər. Çikaqo şəhəri Praqa və Vyanadan sonra çexlərin yaşadıqları 3-cü böyük şəhər idiCzech and Slovak roots in Vienna , wieninternational.at. Birinci Dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrındaÇexoslovakiya Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki Sudet bölgəsində () etnik alman qruplarının qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi. İkinci Dünya müharibəsinin sonunda Çexiya ərazisində yaşayan bütün sudet almanları deportasiyaya məruz qalmışdı; Banat və Volıniyada yaşayan 10 minlərcə çexlər isə bu ərazilərdən repatriasiya edilmişdi. 1990-cı illərdə Çexiya hakimiyyəti Qazaxıstan və Rumıniyada yaşayan etnik çexlərin repatriasiyasına çalışırdıThe Czech ethnic minority in Romania , 29-12-2004 — Radio PragueGovernment completes 13-year program to integrate Kazakh Czechs , The Prague Post, October 31, 2007.
Çexiya Respublikası 1 may 2004-cü ildə Avropa Birliyinə daxil olmuşdur ki, bu da Çexiya vətəndaşlarına birliyə daxil olan digər ölkələrdə çalışmağa geniş imkanlar yaratdıCzech politicians say restrictions on free movement of workers within EU should be removed , Radio Prague
Din Müqəddəs Vit Katedralı — Bohemiya krallarının sərdabələri məhz burada yerləşir|thumb|right XX əsrin birinci yarısına qədər Çexiyada ənənəvi olaraq xristianlıq üstünlük təşkil edirdi (birinci növbədə katolisizm). Müasir zamanda Çexiyada dindarların faizlə sayı əhəmiyyətli dərəcədə azalıb və indi Çexiya dinə ən az inanan ölkələr sırasındadır. 1991–2011-ci illər arasında katoliklərin sayı 40 %-dən 10 %-ə, protestantların isə 3,7 %-dən 0,8 %-ə qədər azalmışdır; Çexiyanın 2011-ci il əhalinin siyahıyaalması, ölkənin 34,2 % əhalisinin ümumilikdə ateist olduğu və daha 45,2 % bu suala cavab verməkdən imtina etdiyi məlum olmuşdu.
Əhalinin konfessionalıq mənsubiyyətinə görə bölünmə (2011) Din Say % Roma katolikləri 1,083,899 10.3 Çex qardaşların Yevangelik kilsəsi 51,916 0.5 Çexoslovak hussit kilsəsi 39,276 0.4 Ateistlər 3,612,804 34.2 Cavab verməkdən imtina etdilər 4,774,323 45.2 Dindar özünü başqa dini inancla müəyyən etdi 292,347 2.7 Dindar özünü hər hansı bir dini inancla müəyyən etmədi 707,649 6.7
Genetika Çexlərin Y-xromosomun DNT haploqrupuna şərqi və qərbi Avropa xüsusiyyətləri irsən keçmişdir. Genetik olaraq çexlərin 34,2% R1a (Y-DNT) haploqrupuna aid edilir.
2000-ci il araşdırmalarına əsasən müəyyən edilmişdir ki, çex və slovak kişilərin 35,6% german və kelt xalqları arasında yayılmış R1b haploqrupuna mənsubdurO. Semino et al, The genetic legacy of paleolithic Homo sapiens sapiens in extant Europeans: a Y chromosome perspective, Science, vol. 290 (2000), pp. 1155–59.. Bu haploqrup hələ E. Ə. 16 500 il bundan əvvəl Mərkəzi Asiyada yaranmışdıTatiana M. Karafet, Fernando L. Mendez, Monica B. Meilerman, Peter A. Underhill, Stephen L. Zegura, and Michael F. Hammer (2008). New binary polymorphisms reshape and increase resolution of the human Y chromosomal haplogroup tree.
Görkəmli xadimlər
Mifologiya Çex xalqının yaranması haqda bir sıra əfsanələr mövcuddur. Onların içərisində ən məşhuru 3 slavyan qardaşı, müasir Polşanın, Çexiyanın və Rusiyanın əsasını qoyan Lex, Çex və Rus əfsanəsidir. Versiyalardan birinə görə, 3 qardaş birgə ov etməyə çıxırlar, lakin onların hər biri fərqli istiqamətdə ova getməyə özünə qərar verir. Rus şərqə yönəlir. Çex qərb istiqamətinə çaparaq Bohemiya ətrafındakı Rjip dağına çatır. Lex isə şimala gedir. Az keçmədən Lex öz yuvasını qoruyan ağ rəngli qartalı görür. Məhz gördüyü bu yerdə o gələcək dövlətinin paytaxtını — Hnezno şəhərinin əsasını qoyur. Bəyaz qartalı isə Lex öz dövlətin simvoluna çevirir.
Praqalı Kozmanın XII əsrin əvvəlində yazılmış "Çexiya səlnaməsində", Bohemiyaya "Çex uluatasının" başçılığı altında slavyan tayfalarının gəlişi haqqında məlumatlar vardır.
Çex soyadları Nisbətən az sayda adlardan (təxminən 250 ad mövcuddur) fərqli olaraq, çexlərin 10 mindən çox soyadı vardır.
Çex soyadları (sinqulyar və plüralda: příjmení) mənşəcə ingilis və ya rus soyadlarına çox bənzəyir. Onlar, məsələn, bir çox aspektləri əks etdirə bilər: kiminsə əcdadlarının şəxsi xarakteristikasına görə (məsələn Malý – "kiçik", Veselý – "şən, gümrah", Železný – "dəmir") peşəsinə görə (Kovář – "dəmirçi", Kolář – "təkər düzəldən", Sedlák – "torpaq mülkədarı", Kočí – "faytonçu, arabaçı") qohum adına görə (Marek – "Mark", David, Eliáš – "Elias") heyvan adlarına görə (Liška – "tülkü", Zajíc – "dovşan", Jelínek – "maral balası", Ježek – "kirpi", Kocourek – "pişik balası") quş adlarına görə (Sokol – "şahin", Čermák – "qara qızılquyruq", Kalous – "asio", Sýkora – "arıquşu", Holub – "göyərçin", Čáp – "leylək") bitki adlarına görə (Konvalinka – "inciçiçəyi", Růžička – "kiçik qızılgül", Fiala – "bənövşə", Javor – "qayınağacı") xüsusilə meyvə və tərəvəz adlarına görə (Jahoda – "çiyələk", Hruška – "armud", Cibulka – "soğan") qida və ərzaq adlarına görə (Oliva – "Zeytun", Makovec – "Xaşxaş tortu", Slanina – "bekon") etnik mənşəyinə görə (Slezák – "Sileziyalı", Moravec – "Moraviyalı", Němec – "Alman") həmçinin sifət şəklində (Rosický – "Rositseli", Nepomucký – "Nepomuklu") adətən sadə keçmiş zamanda baş verən hadisələrə görə (Musil – "(o) idi", Pospíšil – "(o) tələsirdi", Zdražil – "(o) qiymətini qaldırdı", Hrabal – "(o) güllələndi") əşya adlarına görə (Procházka – "gəzinti", Chalupa – "kottec, ev", Svačina – "qəlyanaltı", Kučera – "saç qıvrımı") və başqaları
Tarixi şəxsiyyətlər Çexiya kralları içərisində Müqəddəs Roma İmperiyasının başçısı İmperator IV Karlın adı tarixdə çox məşhurdur. Karl Praqa şəhərini imperiya paytaxtına çevirdi. O Praqada geniş tikinti və inşaat işləri ilə də məşğul olurdu. Onun xatirinə bir sıra tikililərə onun adını vermişdilər. Bunların içərisində: Karl Universitetini, Karl körpüsünün adını qeyd etmək olar. Şəhərin ətrafında yerləşən Karlşteyn qəsri və alman memarı Peter Parlerin yönətimi altında inşa etdirilən Müqəddəs Vit Katedralı onun himayəsi altında tamamlandı.
Digər tanınmışlar sırasında protestantlığın atası, Qusçular hərəkatının başçısı Yan Qusun, pedaqogika elminin banisi Yan Komenskinin və Husitlərin sərkərdəsi, Çex xalqının milli qəhrəmanı Yan Jijka kimi tarixi şəxsiyyətlərin adlarını qeyd etmək olar.
Müasir siyasətçilər Müasir siyasətçilər sırasında çex yazıçısı, dramaturq,dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz və sonuncu (1989–1992), Çexiyanın birinci prezidenti Vatslav Havelin adını qeyd etmək olar. Çexiyanın hazırkı (3-cü) Prezidenti Miloş Zemandır.
Çex diasporu thumb|Madlen Olbrayt — ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçi. Praqa şəhərində anadan olmuşdur. Birinci Dünya müharibəsindən sonra çex diasporunun sayı artır, bu artım Avropaya, ABŞ-yə mühacirət edən çexlərin hesabına olur. Xaricdə yaşayan çexlərin ən böyük diasporu Amerika Birləşmiş Ştatlarındadır. İlk çex diasporu XIII əsrdə Ukraynanın Volın vilayətində və 1600-cü illərdə Lvov şəhəri ətrafında formalaşmışdı. Volın bölgəsinə çexlərin ikinci miqrasiya dalğası 1868–1880-ci illərdə baş vermişdi və bunun səbəbi də Ukraynada baş verən sənaye inqilabı idi. O zaman Volın bölgəsinə 16 min çex mühacirət etmişdi. İkinci dünya müharibəsindən sonra çexlərin bir çoxu doğma vətənlərinə qayıtmışdılar. Bölgədə yaşayan çexlərin qalanları isə Çernobıl qəzasından sonra Çexiyaya repotriasiyaya razı oldular. Madlen Olbrayt, ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçi. Yehuda Bauer, İsrailli Holokost tarixçisi və alim. Edvard Borovanski, Çexiyada doğulmuş avstraliyalı balet rəqsçisi, xoreoqraf və rejissoru. Georgina Buzova, Böyük Britaniya televiziya aktrisası. Luis Brandeis, 1916–1939-cu illər arasında Birləşmiş Ştatlarının Ali Məhkəməsində çalışmışdı. Tomas Çek, kimya sahəsi üzrə Nobel mükaatı laureatı. Miloş Forman, Çex-Amerika rejissoru, yazıçı, professor, keçmiş Çexoslovakiyadan mühacirət etmişdi. Andre Qlüksmann, fransalı filosof və yazıçı. Corc Halas, oyunçu, məşqçi, peşəkar Amerika futbolunun pionerlərindən idi. İppolit Havel, Qrinviç Villeycdə (Nyu-York) yaşamış çexiyalı anarxist.
Slavyan tayfaların Çexiya ərazisinə köçməsi Lanqobardların 568-ci ildə Mərkəzi Avropanı tərk edərək Şimali İtaliya ərazisinə köçməsi nəticəsində, praqa-korçak qruplu slavyan tayfaları Laba çayının yuxarı vadisinə köçərək, müasir Bohemiya ərazisində məskunlaşırlar. Məhz onlar erkən Orta əsrlər çex tayfalarının əsasını qoyurlar. thumb|right|300px|Çexiya ərazisində yaşamış qədim slavyan tayfaları Çexlərin aşağıdakı tayfaları məlum idi: Çexlər (Češi) — Orta Çexiya ərazisi və Vltava çayının hər iki sahili; Litomerjiçlər (Litoměřici) — çex tayfalarından şimalda, Labanın sağ sahilində; Dyeçanlar (Děčané) — litomerjiçlərdən şimalda, Labanın sağ sahilində; Lemuzlar (Lemuzi) — dyeçanlardan qərbdə, Labanın sol sahilində; Luçanlar (Lučané) — çexlərdən şimmal-qərbdə, Oqrje çayının aşağı vadisində; Sedliçanlar (Sedličané) — luçanlardan qərbdə, Oqrjenin orta axarında; Hbanlar (Hbané) — sedliçanlardan qərbdə, Oqrjenin şimal axarında; Tuhoşt (Tuhošť) və ya Domajlitselilər (Domažlici) — Qərbi Çexiya ərazisi; Dudleblər (Doudlebové) — Cənubi Çexiya; Zlinçanlar (Zličané) — çexlərdən şərqdə; Pşovanlar (Pšované) — çexlərdən şimal-qərbdə, Labanın sağ sahilində; Xorvatlar (Charvátci) — pşovlardan şimal-qərbdə; Qara xorvatlar (Charváti) — xorvatlardan və zliçanlardan şərqdə.
Çex tayfalarından cənub-şərqdə Moravlar məskunlaşmışdı (Moravané). Şimal-şərq ərazilərində isə Sileziyanın slavyan tayfaları yaşayırdı. Bunlar: slenzanlar (Slezané), dedoşanlar (Dědošané), bobryanlar (Bobřané) və trebovyanlar (Třebované) idi.
Milli geyimləri (Kroye) Kroye () (tək halda: kroy) — Çexlərin və Slovakların milli geyiminin ümumi adı. Milli geyimdə (xüsusən də başa bağlanan yaylıqlarda) qotik üslubun güclü təsiri hiss olunur. Geyimin nəfis büküşləri və krujeva yaxalıqları intibah dövrünü simvolizə edir. Barokko üslubunda yubkalardan başlayaraq, incə slavyan motivləriylə tikilmiş naxışlara kimi — bütün bu milli qeyimin nümunələri çex və slovak ənənələrinin necə zəngin olduğunu göstərir.
Çexlərin mətbəxi