Elman Telman oğlu Abdullayev () – Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014–2020).

Həyatı 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-nin Kaliforniya Dövlət Universitetində yiyələnib.

1999-cu ildən Azərbaycan XİN-də işləyir. Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb.

18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 dekabr 2020-ci ildə vəzifəsindən geri çağırılıb.

Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir.

İki övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbərləri Kateqoriya:Azərbaycanın Efiopiyadakı səfirləri