Aslan Mikayıl oğlu İlyasov () — Azərbaycan musiqiçi, bəstəkar, virtuoz qarmon ifaçısı.

Həyatı Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. Sənətə tarla başlasa da əsasən qarmona həvəsi olub. Buna görə də tarı atıb, qarmonda ifa etməyə başlayır. Az yaşlarından ilk dəfə Aşıq Kamillə el məclislərinə və konsertlərə gedərək tanınmağa başlayır.Aslan İlyasovun yaradıcılıq gecəsi 1994 , çıxış edir Yavər Cəbrayılov, Aşıq Kamil Zülfüqarov dəq.05:30 15 yaşından Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi çalışmağa başlayır. 1980-ci ildə Bakıda Azərbaycan Konsert Birliyində solist kimi fəaliyyətini davam etdirir. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub.

2005-ci ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib.

Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı", "Həyati" rəqsi ilə də tanınmışdır. Respublikanın bütün bölgələrində, həmçinin Rusiya və digər ölkələrdə bir çox sənətkarlarla el məclislərində və konsertlərdə çıxış etmişdir.

"Bəyin oğurlanması" bədii filminin toy səhnəsində səslənən "Tǝrǝkəmə" xalq rəqsini Aslan ifa etmişdir.

Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. Onun 20-yə yaxın bəstələdiyi rəqslər vardır.

İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb.

20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.

Musiqiləri "Aslani" "Həyati" "Səlyani" "Zeynəbim" "Üzümçülər" "Nazənin" "İndira Qandi"

İstinadlar

Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan qarmonçuları Kateqoriya:22 mayda doğulanlar Kateqoriya:65 yaşında vəfat edənlər Kateqoriya:20 dekabrda vəfat edənlər Kateqoriya:2013-cü ildə vəfat edənlər Kateqoriya:Salyanda vəfat edənlər Kateqoriya:Salyan rayonunda vəfat edənlər Kateqoriya:Salyanda dəfn olunanlar Kateqoriya:Salyan rayonunda dəfn olunanlar Kateqoriya:Salyanda doğulanlar Kateqoriya:Salyan rayonu Kateqoriya:Salyan Kateqoriya:Əlifba sırasına görə musiqiçilər