Azər Həşimov (6.11.1984, Mingəçevir, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı futbol məşqçisi və futbolçu, "Karvan" futbol klubunun baş məşqçisi.
Həyatı Azər Həşimov ilk dəfə 11 yaşında Mingəçevirin uşaq futbol məktəbində futbolla məşğul olmağa başlamışdır. İlk məşqçisi Elbrus İsmayılov olmuşdur. 5 il bu məktəbdə futbolun sirrlərini öyrənən Azər, 2003-2004cü illərdə Azərbaycan Milli Ordusu sıralarında hərbi xidmət keçmişdir.
2013-cü ildə ailə həyatı qurmuşdur. Hazırda Azər Həşimov evlidir. 2 övladı var.
Karyerası
Klub karyerası 1999-cu ildə, Həvəskarlar Liqasında çıxış edən Mingəçevirin "Ulduz" komandasında futbol oynamağa başlamışdır. 3 il bu klubda keçirdikdən sonra hərbi xidmətə çağırılmış, və bu müddət ərzində Bakının "Ədliyyə" klubunda çıxış etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, Birinci dəstədə çıxış edən Mingəçevirin "Energetik" klubuna keçmişdir.
2005-ci ildən etibarən, 6 il ərzində "Qəbələ" futbol klubunun şərəfini qorumuşdur. Bu müddət ərzində klub 3 dəfə adını dəyişmişdir - "Göy-Göl", "Gilan" və "Qəbələ".
2006-cı ildə, icarə əsasında, 6 aylıq müddətə "Şəmkir" komandasına, 2011-ci ildə isə, eyni müddətə MOİK klubuna keçir. 2011-ci ildə "azad oyunçu" statusu alır və "Neftçala" klubu ilə müqavilə bağlayır. Bu klubda 2013-cü ilə qədər çıxış edir. 2013-cü ilin yayında Yevlaxın "Karvan" klubu ilə bir illik müqavilə bağlayır.
Məşçqi karyerası Həşimov 2023-2024-cü illərdə "Qaradağ Lökbatan" klubunun baş məşqçisi olub.
17 iyul 2025-ci ildə o, Premyer Liqada mübarizə aparan "Karvan"ın baş məşqçisi təyin edilib.
Uğurları 1999 — Həvəskarlar Liqasının qalibi ("Ulduz Mingəçevir FK"). 2000 — Həvəskarlar Liqasının qalibi ("Ulduz Mingəçevir FK"). 2000 — Həvəskarlar Liqasının Kubokunun qalibi ("Ulduz Mingəçevir FK"). 2003 — Həvəskarlar Liqasının qalibi ("Ədliyyə Bakı FK"). 2004 — Birinci divizionun gümüş medalçısı ("Energetik Mingəçevir FK").. 2005 — Birinci divizionun qalibi ("Gilan Xanlar FK"). 2012 — Birinci divizionun gümüş medalçısı ("Neftçala FK"). 2013 — Birinci divizionun bürünc medalçısı ("Neftçala FK").
İstinadlar
Xarici keçidlər Azər Həşimovun au.eurosport.com saytında profili Azər Həşimovun int.soccerway.com saytında profili
Kateqoriya:Mingəçevirdə doğulanlar Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Ulduz Mingəçevir FK futbolçuları Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları Kateqoriya:Energetik Mingəçevir FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Şəmkir FK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Neftçala FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları