Stromboli döyüşü Holland müharibəsinin tərkib hissəsi olub, 8 yanvar 1676-cı ildə Siciliyanın şimal sahillərindəki Lipar adaları yaxınlığında vitse admiral Abram Dükenin komandanlığı altında Fransa donaması ilə admiral Mixael de Rüyterin komandanlığı altında Niderland eskadrilyası arasında baş vermiş dəniz savaşı. Qanlı döyüşdən sonra Niderland admiral 1 gəmi itirərək, az canlı qüvvə itkisinə baxmayaraq geri çəkilməyə məcbur qalmışdır. Nəticədə fransız donaması, 3 alovsaçan qayıq - brender və 450 insan itkisi ilə Siciliya limanı Messinaya daxil olmuşdular. Fransız donaması: Avanqard: 6 xətt gəmisi, 64 toplu "San Mişel" gəmisinin komandiri vitse admiral de Preli Mərkəz: 8 xətt gəmisi, 72 toplu "San Espri" gəmisinin komandiri general-leytenant Düken Arerqard: 6 xətt gəmisi, 66 toplu "Sans Pareyl" gəmisinin komandiri vitse admiral Qabare

Niderland donaması: Avanqard: 6 xətt gəmisi, 1 brander, 2 şnau, 1 kiçik gəmi, 76 toplu "Qouda" gəmisinin komandiri vitse admiral Yan de Xaan Mərkəz: 6 niderland və 1 ispan xətt gəmisi, 76 toplu "Eendrax" gəmisinin komandiri admiral-leytenant Rüyter Arerqard: 6 xətt gəmisi, 1 brander, 2 şnau, 1 kiçik gəmi, 70 toplu "Şpiqel" gəmisinin komandiri Ferşoor

İstinadlar

Kateqoriya:8 yanvardakı hadisələr Kateqoriya:1676-cı ildəki hadisələr Kateqoriya:Fransa tarixi Kateqoriya:Niderland tarixi