Filipp Seymur Hoffman (; ) — ABŞ aktyoru.
Həyatı
1967-ci il iyulun 23-də Nyu-York ştatının Feyrport şəhərində anadan olan aktyor 90-cı illərin əvvəllərindən başlayaraq kino karyerasına başlayıb. 1993-cü ildə “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazı ilə prodüserlərin diqqətini özünə cəlb edə bilib.
Məşhur art-haus ustası, rejissor Pol Tomas Andersonla 5 filmdə əməkdaşlıq edən Hoffman öz potensialını tam şəkildə nümayiş etdirə bilib. 1998-ci ildə qara yumor və ironiya dolu filmlər çəkən Koen qardaşlarının “Böyük Lebovski” filmində yer alan Hoffman xarakterik aktyor kimi bir daha öz ustalığını nümayiş etdirib. 2006-cı ildə Kapote filmində Amerikanın tanınmış homoseksual yazıçısı Trumen Kapotenin obrazını canlandıran mərhum aktyor buna görə yeganə “Oskar” mükafatını qazanıb.
2010-cu ildə isə o, “Cek üzməyə gedir” filmi ilə rejissorluq debütü edib. 1999-cu ildən Mimi O'Donnel ilə evli olan aktyorun 3 övladı var. 2014-cü ildə Filip Seymur Hoffmanın rol aldığı 2 filmin premyerası keçiriləcək. 25 illik karyerası boyu əsasən ikinci plan rolları ifa edən aktyor uzun illər idi ki, narkotik aludəçisi idi.
Filmoqrafiya Böyük Lebovski (1998) Maqnoliya (1999) İstedadlı cənab Ripli (1999) 25-ci saat (2002) Soyuq dağ (2003) Qeyri-mümkün missiya 3 (2006) Meri və Maks (2009)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Aktyorlar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:Ən yaxşı kişi roluna görə Oskar mükafatı qalibləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Hollandəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları