İbn Xəllikan (; ) — Bərməkilər nəslinə mənsub olan XIII əsr islam alimi və tarixçisi.
Həyatı Şəmsəddin Əbül-Abbas Əhməd 22 sentyabr 1211-ci ildə Ərbil şəhərində anadan olmuşdu.Ibn Khallikan (Muslim jurist) — Encyclopedia Britannica — yoxlanılıb: 7.6.2014 Elmi ədəbiyyatda İbn Xəllikan adı ilə tanınan Şəmsəddin Əhmədin atası Abbas əslən tarixi BəlxQeyd: hazırda Əfqanıstanın Bəlx vilayətinin Bəlx vulusvalisində kiçik bir şəhərdir. şəhərindən (tarixi Baktriya və ya Toxaristan ölkəsinin mərkəzi şəhəri və ya şəhərlərindən biri idi) olan Bərməkilər soyundan, anası isə Hənəfi məzhəbinin məşhur fiqh və hədis alimi Xaləf ibn Əyyubun soyundan idi. Bərməkilər soyunun ulu əcdadı Bərmək Əməvi xilafətinin sərkərdəsi, Xorasan valisi Əbu Hafs Qüteybə ibn Abi Saleh Muslim ibn Əmr əl-Bahili türk dövləti olan Toxarıstan Yabquluğunun paytaxtı Bəlx şəhərini işğal etdikdən sonra müsəlmanlara əsir düşmüş və islamı qəbul etmişdir.
Şəmsəddin Əbül-Abbas Əhməd Misir Məmlük sultanları əl-Məlik əz-Zahir Rükn əd-Dünya vəd-Din Baybars əl-Bundukdari əs-Salehin hakimiyyəti (1260-1277) və onun böyük oğlu əl-Məlik əs-Səid Nəsir əd-Din Məhəmməd Bərəkə xanın hakimiyyəti (1277-1279) dövründə 1261-1271-ci və 1278-1281-ci ilərdə Şam qazısı olmuş, 30 oktyabr 1282-ci ildə Dəməşq şəhərində vəfat etmişdir.
Əsərləri Görkəmli şəxsləri anma yazıları və öz zamanımın oğulları haqqında qeydlər ( (latın. Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən) / (bax: volume I in 1843, volume II in 1843, volume III in 1868, volume IV in 1871) / ) əsərini müəllifin 1256-cı ildə yazmağa başladığı, 4 dekabr 1273-cü ildə bitirdiyi və 1281-ci ilə qədər əsərə əlavələr etdiyi məlumdur.Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, Türkiye Diyanet Vakfı Yayınevi, Ankara, 1999, Cilt XX, sayfa 18 Əsərin dili ərəbcədir və müəllifin dövrümüzə gəlib çatmış yeganə əsəridir. Müəllif əsəri yazarkən təxminən 170 yazılı mənbədən istifadə etmişdir. Əsərin ərəbcə olan orijinal əlyazması ümumilikdə 865 insanın bioqrafiyasını əhatə edir.Православный палестинский сборник том XVII, выпуск второй, издание Императорского православного палестинского общество. Санкт-Петербург: типография В. Ф. Киршбаума, Дворцовая площадь, департамент Министерства Финансов, 1897-ой год. Палестина от завоевания ее арабами до Крестовых походов, по арабским источникам. Николай Александрович Ме́дников, приложения II, I. Историки: XVIII. Ибн Халликан, стр. 581
Mənbə Православный палестинский сборник том XVII, выпуск второй, издание Императорского православного палестинского общество. Санкт-Петербург: типография В. Ф. Киршбаума, Дворцовая площадь, департамент Министерства Финансов, 1897-ой год. Палестина от завоевания ее арабами до Крестовых походов, по арабским источникам. Николай Александрович Ме́дников, приложения II, I. Историки: XVIII. Ибн Халликан, страницы 581-582. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi, Türkiye Diyanet Vakfı Yayınevi, Ankara, 1999, Cilt XX, sayfa 17-19
İstinadlar
Kateqoriya:Tarixçilər Kateqoriya:İslam alimləri Kateqoriya:Suriyada vəfat edənlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:XIII əsr yazıçıları Kateqoriya:XIII əsr tarixçiləri