"Veneranın doğulması" () — Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən olan Sandro Botiçellinin ən məşhur əsərlərindən biri. Rəsm əsəri məhəbbət ilahəsi Veneranın (yunanca Afroditanın) dəniz köpüyündən doğuluşunu təsvir edir. Çılpaq ilahə ürəyəoxşar balıqqulağının bir tayı üstündə küləyin qovduğu sahilə doğru üzür. Şəklin sol küncündə Zefir (qərb küləyi) əri Xloridanı (romalılara görə Floranı) ağuşunda balıqqulağına tərəf üfürür, çiçəklərlə dolu külək əmələ gətirir. Sahildə ilahəni pərilərdən biri qarşılayır. Bu şəkil Uffitsi qalereyasının incisidir.
Həmçinin bax Veneranın doğulması (Buqro)
Xarici keçidlər
The Medici Venus – Greek statue, template for Botticelli's Venus.
Kateqoriya:1486-cı ildə yarananlar Kateqoriya:Sandro Botiçellinin Uffitsi qalereyasındakı rəsmləri Kateqoriya:Venera rəsmləri Kateqoriya:Yunan miflərini əks etdirən rəsm əsərləri