thumb|Qış sarayının yuxarıdan görünüşü

Qış sarayı () — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732–1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730–1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir.The numbering of the Winter Palaces varies. Most referees used in the writing of this page refer to the present palace as the fourth. That is: Trezzini, 1711 (I); Mattarnovy, 1721 (II); Trezzini, 1727 (III) and Rastrelli, 1732 (IV). Thus to agree with the majority and because these four versions were "palaces" each differing from the last rather than recreations, this will be the numbering used here. However, other sources count the log cabin of Peter the Great as the first palace, while others discount Trezzini's 1727 rebuilding and others count the 1837 reconstruction as a 5th Winter palace. One source (not used here) numbers a temporary wooden structure erected to house the court during the building of the present palace. 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqilabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır.

Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdi. Bu saraydan Rusiya çarları1721-ci ildə I Pyotr imperator titulunu qəbul etsə də, tədqiqatçılar Rusiya hökmdarları üçün imperator sözü ilə yanaşı çar sözü və həmin sözlərin qadın formalarını işlədirlər. 22,400,000 kvadrat kilometr (8,600,000 sq mi) (Yer kürəsinin torpaq sahəsinin 1/6 hissəsi) əraziyə və XIX əsrin sonuna kimi 125 milyon insana hökm etmişlər. Sarayın inşa edilməsində bir çox memarlar çalışsalar da, onlar arasında Yelezaveta barokkosu üslubunun əsas simalarından olan Bartolomeo Rastrellinin adı xüsusilə qeyd edilir. Yaşıl və ağ rəng çalarlarının sintezi şəklində işlənmiş və uzunsov düzbucaqlı formasında olan sarayın əsas fasadı 250 m uzunluğunda və 30 m (100 ft) hündürlüyündədir. Qış sarayının 1.786 qapısı, 1.945 pəncərəsi, 1.500 otağı və 117 pilləkanı var. 1837-ci il yenilənməsi sarayın eksteryerini dəyişməsə də, otaqların interyeri müxtəlif zövqlərə uyğun olaraq, yenidən işlənmişdir ki, tədqiqatçılar bu otaqların interyerini "XIX əsr Rokoko üslubuna uyğun" olduğunu bildirirlər.Budberg, p. 200.

1905-ci il Qanlı Bazar qırğınları etirazçıların Qış sarayına doğru yürüşə başlamasından sonra baş vermişdir, lakin həmin dövrdə artıq monarx ailəsi yaşamaq üçün Çarskoe selodakı Aleksandr sarayına üstünlük verirdi və yalnız vacib dövlət işləri üçün Qış sarayına gəlirdi. 1917-ci il Fevral inqilabından sonra saray bir müddət Aleksandr Kerenskinin rəhbərlik etdiyi Rusiya Respublikasının mərkəzi olmuşdur. Həmin ilin sonlarında, Sovet hökumətinin doğulduğu dövrdə Qış sarayı Qızıl Ordu dəstələrinin hücumuna məruz qalmışdır. Sarayın bir ay müddətində qarət edilməsi nəticəsində, şərab zirzəmilərindən o qədər içki içilmişdir ki, bu hadisə bəzən "tarixin ən böyük oğlan qonaqlığı" da adlandırılır. Bu gün bərpa edilmiş saray, Dövlət Ermitajı muzey kompleksinin əsas binalarından biri kimi fəaliyyət göstərir.

Tarixi

I Pyotrun Qış sarayı (1711–1753) thumb|200px|left|I Pyotr üçün 1711-ci ildə şəkildəki birinci Qış sarayını dizayn etmiş memar Domeniko Trezzini 16 il sonra üçüncü Qış sarayının da dizaynını vermişdir. 1698-ci ildə Böyük elçilikdən qayıdan I Pyotr Rusiyada Qərbləşdirmə siyasətinə və Çar Rusiyasını Avropanın əsas gücü olan Rusiya imperiyasına çevirməli olan islahatlara başladı.Massie 1981, pp. 234–243 Onun bu siyasəti 1703-cü ildə əsası qoyulmuş yeni şəhər Sankt-Peterburqun inşa edilməsində istifadə olunan materiallarda belə özünü göstərirdi.Massie 1981, pp. 355–366 Şəhərin memarlıq dizaynı, Bizans memarlığı ənənələrinin özündə əks etdirən Rus memarlığı, o zaman dəbdə olan Narışkin barokkosu və böyük Avropa şəhərlərinin memarlıq simasının qarışığı şəklində həll edilmişdir. Çar yeni şəhərin sonradan Pyotr barokkosu kimi tanınacaq flamand intibahı stilində dizayn edilməsini istəmiş və onun yeni sarayı da məhz bu stilə uyğunlaşdırılmışdı. Şəhərdə ilk hökmdar malikanəsi olan "I Pyotrun domiki" adıyla tanınmış və üzü Neva çayına doğru baxan təvazökar balaca ev 1704-cü ildə inşa edilmişdi. 1711-ci ildə həmin bina Petrovskaya sahilinə köçürülmüşdür və indi də orda qalmaqdadır.Petrakova Ərazi təmizləndikdən sonra, çar orada 1711–1712-ci illərdə böyük bir evin tikilməsini istəmişdi. Domeniko Trezzini tərəfindən dizayn edilmiş həmin bina indi birinci Qış sarayı adlandırılır.Swiss Architecture on the Neva. Trezzini, catalogue of works. 1711

Yaşayış binalarının istehkam xarakteri daşımasına ehtiyac qalmadığı XVIII əsr Avropada kral memarlığının genişləndiyi və inkişaf etdiyi bir dövr idi. Hələ XVI əsrdə başlamış bu proses ilkin olaraq Avropanın müəyyən qədər güclü olan dövlətlərində sarayların qala tipli tikililərə çevrilməsi ilə nəticələndi. Bunun ən erkən və məşhur nümunələrindən biri XIV Lüdovikin Versal sarayı idi. thumb|320px|right|Üçüncü Qış sarayı, 1727-ci il. Domeniko Trezzini tərəfindən inşa edilmiş üçüncü saray 1721-ci ildə Georq Mattarnovinin dizayn etdiyi ikinci Qış sarayının yerində inşa edilmişdir. Əsasən 1710-cu ildə tamamlanmış Versal sarayı Avropa hökmdarlarının sarayları arasında özünə rəqib tanımırdı. Avropanın bütün Iayihələrini təkrar etməyə çalışan I Pyotr, Avropa krallarının saraylarına bənzər saray inşa olunmasını da arzu edirdi, lakin xələflərindən fərqli olaraq, I Pyotr Versal sarayı ilə rəqabət aparmaq fikrində deyildi.

Birinci qış sarayı kirəmit damla örtülü, iki mərtəbəli sadə bina idi.Budberg, p. 194. Lakin, görünür I Pyotr ilk qış sarayından tez bezir və İkinci Qış sarayı 1721-ci ildə memar Georq İohann Mattarnovinin layihəsi əsasında inşa edilir. Mattarnovinin sarayı da Avropa paytaxtlarında olan kral sarayları ilə müqayisədə çox təvazökar təsiri bağışlamaqla, iki mərtəbəli və sütunlarla dəstəklənən bir bina idi.Budberg, p. 196. I Pyotr 1725-ci ildə bu sarayda vəfat etmişdir.

Qış sarayı hələ yarımçıq olan şəhərin yeganə və ya ən dəbdəbəli sarayı deyildi, çünki, I Pyotr rus zadəganlarına şəhərdə saraylar inşa etdirməyi tapşırmışdı.Cowles, p. 49. Lakin bu tapşırıq o qədər də yerinə yetirilməmişdi; Sankt-Peterburq az günəşli bataqlıq üzərində salınmışdı və orada yalnız kələm və salqam yetişirdi. İldə yalnız bir həftə isti hava olan şəhərdə yandırmaq üçün ağac kəsilməsi də qadağan edilmişdi. Yalnız I Pyotrun ikinci arvadı İmperatriça Yekaterina şəhər həyatının inkişaf etməsi üçün bəzi cəhdlər edirdi.

Nəticədə, imperiyanın dörd bir yanından yüzlərlə qul şəhərin qısa zamanda inşa edilməsi və inkişafı üçün əraziyə gətirilmişdi.Cowles, p. 58. Hesablamalara görə iyirmi il ərzində şəhərin inşası zamanı 200.000-dən artıq insan həlak olmuşdu.Cowles, p. 58. Şəhəri "Qərbi Hindistanın bir-birinə söykənmiş daxmaları"na bənzədən dövrün diplomatlarından biri cəmi beş il sonra onu "sehrli sarayları olan möcüzəli şəhər" kimi təsvir edir.Hughes, p. 216. Kikin sarayı və Menşikov sarayı da daxil olmaqla, həmin saraylardan bəziləri I Pyotrun sevdiyi flamand intibahı üslubunda inşa edilmişdi.

Qış sarayı 1725–1855-ci illərdə thumb|200px|left|upright|Epifaniya bayramı zamanı çar təntənəli şəkildə "Əsas pilləkən" və ya "İordan pilləkəni" (aşağıdakı saray planında səkkizinci nömrə ilə qeyd edilib) adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir, lakin burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir.Budberg, p. 198. 1725-ci ildə I Pyotrun ölümü zamanı Sankt-Peterburq düşünüldüyü kimi mədəniyyət və sivilizasiya mərkəzi olmaqdan çox uzaq idi. Çar tərəfindən Sankt-Peterburqu inkişaf etdirməyə məcbur edilmiş zadəganların bir çoxu artıq şəhəri tərk etmişdi. Gecələr meydanlarda canavarların gəzməsinə baxmayaraq, təhkimli insanlar çarın yeni şəhərində inşaat işlərini aparmağa məcbur edilirdilər, Baltik donanması isə tez-tez üsyan edirdi.

I Pyotrdan sonra hakimiyyətə gəlmiş I Yekaterina 1727-ci ilə kimi hakimiyyətdə qalmışdır. I Yekaterinadan sonra isə hakimiyyətə I Pyotrun nəvəsi II Pyotr gəlmiş və onun sifarişi ilə 1727-ci ildə Mattarnovinin layihəsi əsasında inşa edilmiş ikinci Qış sarayı Domeniko Trezzinin layihəsi ilə əsaslı şəkildə genişləndirilmişdir. 1711-ci ildə Yay sarayını dizayn edən Trezzini Pyotr barokkosu stilinin ən böyük təmsilçilərindən biri idi və o Mattarnovinin layihəsi əsasında inşa edilmiş ikinci Qış sarayını elə genişləndirdi və yenidən qurdu ki, bu bina üçüncü Qış sarayının iki əsas pavilyonundan biri oldu. İkinci saray da, üçüncü saray da Pyotr barokkosu stilində inşa edilmişdi.

1728-ci ildə üçüncü Qış sarayının tamamlanmasından qısa müddət sonra imperator ailəsi Sankt-Peterburqu tərk edərək Moskvaya yerləşdi və beləcə Qış sarayı əsas imperial malikanə statusunu itirdi. 1713-cü ildən paytaxt statusu daşıyan Sankt-Peterburq şəhəri bu statusu itirdi və Moskva paytaxt elan edildi. 1730-cu ildə II Pyotrun ölümündən sonra taxta I Pyotrun qardaşı qızı Kurlandiya və Semiqaliya hersoginyası Anna İohannovna keçdi. thumb|300px|Apraksin sarayı 1717–1725-ci illərdə memar Jan-Batist Leblonun layihəsi əsasında inşa edilmişdir. Bir müddət sonra sarayın memarlıq quruluşu dəyişdirilərək Dördüncü Qış sarayının əsasını formalaşdıran bina kimi istifadə edilmişdir.

Anna (1730–1740) Yeni imperatriça Sankt-Peterburqa sələflərindən daha çox diqqət göstərməyə başladı; 1732-ci ildə o, İmperator məhkəməsini yenidən Qış sarayına köçürdü və beləliklə Sankt-Peterburq yenidən paytaxt elan edildi və 1918-ci ilə kimi Rusiyanın paytaxtı oldu.

Üçüncü Qış sarayından imtina edən imperatriça yaxınlıqda yerləşən Apraksin sarayında məskunlaşdı. 1732-ci ildə çariça memar Françesko Bartolomeo Rastrelliyə yaxınlıqda yerləşən binalarla birlikdə Apraksin sarayını yenidən layihələndirib genişlətməyi tapşırdı.Patrakova Beləliklə sonuncu olan dördüncü Qış sarayının əsasında I Pyotrun sarayı yox, admiral Fyodor Matveyeviç Apraksinin sarayı durdu.

Baxmayaraq ki, imperatriça Anna məşhur deyildi və "darıxdırıcı, kobud, kök, sərt və kinli"Cowles, p. 65. bir insan kimi tanınmışdı, məhkəməyə daha sivil və mədəni ruh gətirmək istəyirdi. O, qullar üçün xüsusi liverilər inşa etdirmişdi, həmçinin onun dövründə bal şərbəti və vodka, şampan və Burqundi ilə əvəzlənmişdir. O, boyarları evlərindəki sadə mebelləri qara və qırmızı ağac mebellərlə əvəzləməyə məcbur etmişdiCowles, p. 64., onun öz zövqünə uyöun olaraq, yaşadığı ev üçün qızıl unitaz və gümüşdən işlənərək rubinlərlə bəzədilmiş kətil hazırlanmışdı. Ölkdəki səfillik və kasıblığa baxmayaraq, o, ilk balını Qış sarayının yenicə tamamlanmış və Rusiyanın ortasında portağal bağını xatırladan yeni zalında təşkil etmişdi.Ward, pp. 93–94. Dördüncü Qış sarayı Rastrellinin daimi layihəsi olmuş və inşaat işləri İmperatriça Annanın hakimiyyətinin sonuna kimi davam etmişdir.

I Yelizaveta (1741–1762) 1740-cı ildə İmperatriça Annanın ölümündən sonra hakimiyyətə körpə çar VI İvan gəlsə də, qısa müddət sonra o, I Pyotrun qızı I Yelizaveta tərəfindən hakimiyyətdən uzaqlaşdırıldı. Bütün hakimiyyət səlahiyyətlərini sevimliləri arasında bölüşdürən yeni imperatriça Yelezaveta, əsasən Qış sarayında keçən rahat həyat yolunu seçdi və onun bu həyatı sonradan rus tarixçisi Vasili Kluçevski tərəfindən "zər-zibalı səfalət" adlandırılmışdı.Cowles, p. 68.