() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B2ab(ii,iii,iv,v). Azərbaycanın nadir növüdür.
Arealı Belarus, Ukrayna, Rusiya (Dağıstan), Polşa, Avstriya, keçmiş Yuqoslaviya, Yunanıstan, Türkiyə və Qafqazda (Gürcüstan) təbii halda yayılmış .
Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Böyük Qafqazın qərb hissəsində (Zaqatala rayonu-subalp qurşağı, Balakən Dövlət Qoruğunun ərazisi, Blakən rayonu – Katexçay boyunca) yayılmışdır. Zaqatala və Balakən rayonlarında dəniz səviyyəsindən 2200 m hündürlükdə rast gəlinir. Azərbaycanın nadir bitkilərindəndir (CR B2ab(ı,ıı,ııı,ıv)) və Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir. Azərbaycanda mədəni halda az becərilir.
Çay kənarlarında işıqlı, rütubətli yamaclarda yayılmışdır. Dəniz səviyyəsindən 2000 m hündürlükdə, yarpaqlı meşələrdə və açıq talalarda bitir, çox vaxt kolluqlar əmələ gətirir.
Botaniki xarakteristikası Cavan zoğları vəziciklidir. Yarpaqları uzunsov və ya uzunsov-tərsinə yumurtavari, tündyaşıl, uzunluğu 5,5-12 sm və eni 2-3,8 sm, kənarları tükcüklüdür. Cavan yarpaqları hər iki tərəfdən yumşaq tükcüklü, sonradan çılpaqdır. Payızda rəngi sarı, narıncı və ya qırmızıdır. Çiçəkləri çox vaxt ətirli, güclü qoxusu vardır. Çiçəkləri 7-12 ədəd çətirşəkilli çiçək qruplarında yerləşir, çiçək tacı sarı və ya narıncı-sarı, üstü vəzicikli, ensiz silindrik borucuqlu olub diametri 6 sm-dən, kasacığı bünövrəyədək xətvari-lansetvari vəzicikli hissələrə bölünmüşdür. Erkəkciklərinin sayı 5-dir. Meyvələri uzunluğu 2,5 sm-ədək olan silindrik qutucuqlardır. Hər il aprel-may aylarında (təxminən 30 gün, bəzən 38-60, yarpaqlar açılmazdan əvvəl və ya həmin dövrdə) çiçəkləyir. İşıqsevəndir, ancaq az kölgələnməni sevir. Qışa davamlıdır, Oktyabrın axırlarında meyvəsi yetişir. Generativ və vegetativ yolla çoxalır.
Sayı və tendensiyası Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur. Təbii ehtiyatının dəyişilməsi səbəbi başlıca olaraq insan fəaliyyətidir.
Məhdudlaşdırıcı amillər Məhdud sahələrdə yayılması və antropogen amillər (mal-qaranın otarılması, ağacların qırılması və yanacaq kimi istifadəsi).
Mühafizə tədbirləri Populyasiyanın bir hissəsi Zaqatala qoruğunda mühafizə olunur. Xüsusi mehafizə tədbirlərini aparmaq məqsədi ilə yayılma yerlərində antropogen təsirlərin azaldılması, bərpasının təmin edilməsi və yeni yayılma yerlərini axtarılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Gürcüstan florası Kateqoriya:Dekorativ kollar Kateqoriya:Azərbaycan florası Kateqoriya:Türkiyə florası Kateqoriya:Rusiya florası Kateqoriya:Avstriya florası Kateqoriya:Belarus florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:İtaliya florası