Con Ronald Ruel Tolkin (; ; ) — ingilis yazıçısı, linqvisti və filoloqu, "Hobbit və ya oraya və geriyə" povestinin, "Üzüklərin hökmdarı" trilogiyasının və "Silmarillion" romanının müəllifi kimi məşhurdur.
Tolkin 1925–1945-ci illərdə Oksfordda yerləşən Pembrok Kollecində ingilis və anqlosakson dilləri üzrə, 1945–1959-cu illərdə isə ingilis dili və ədəbiyyatı üzrə professor dərəcəsində işləmişdir. Digər məşhur ingilis yazıçısı Klayv Lyuislə birlikdə "İnklinqlər" ədəbi cəmiyyətinin üzvü olmuşdur. 28 mart 1972-ci ildə kraliça II Elizabet tərəfindən ona Britaniya İmperiyası ordeninin komandoru dərəcəsi verilmişdir.
Tolkinin vəfatından sonra, oğlu Kristofer atasının qeydləri və əlyazmaları əsasında bir neçə əsər, o cümlədən "Silmarillion"u nəşr etdirdi. Bu kitab, "Hobbit" və "Üzüklərin hökmdarı" ilə birlikdə Arda adlı xəyali dünya və onun bir hissəsi olan Orta dünya haqqında nağıllar, şeirlər, hekayələr, süni dillər və ədəbi esselərin toplusunu təşkil edir. 1951–1955-ci illərdə Tolkin bu toplunun böyük hissəsini adlandırmaq üçün "legendarium" () ifadəsini istifadə etmişdi.
İlk kitabı olan "Hobbit"i 1937-ci ildə nəşr etdirir. Bir çox digər məşhur nağıl əsərlər kimi, "Hobbit"i də Con Tolkin uşaqları kiçik olanda onlar üçün qoşurdu. Yeni nağılı onların o qədər xoşuna gəlmişdi ki, o hətta öz uşaqları ilə bir yerdə öz uydurduqları dünyanın şəkillərini, xəritəsini də çəkirdi, lakin hekayə yarımçıq qaldı, və Tolkien sadəcə əlyazmasının bir nüsxəsini maşinkada çap etmişdi. Həmin nüsxəni o, hərdən dostlarına oxuması üçün verirdi. Tolkienin tələbələrindən biri bir gün Allen & Unwin nəşriyyat evinin redaktoru Süzanna Daqnellə danışarkən, kitabın möhtəşəmliyindən ona danışır. Süzen öz növbəsində kitabı oxuyur və müəllifə məktubla müraciət edir ki, o, əsərin süjetini yekunlaşdırsın, lakin nəşriyyat evinin direktoru Stenli Anuin kitabın uğur qazanacağına o qədər də əmin deyildi. Odur ki, kitabı oxuması üçün on yaşlı oğluna verir, kitabı oxuyub qurtardıqdan sonra isə onda fikirlərini öyrənir. O isə, yaşıdlarının kitabı mütləq bəyənəcəyini deyir.
Filmoqrafiya
Hobitit (1993) Üzüklərin hökmdarı: Üzük qardaşlığı (2001) Üzüklərin hökmdarı: İki qala (2002) Üzüklərin hökmdarı: Kralın qayıdışı (2003) Qollumun ovu (2009) Hobbit: Gözlənilməz səyahət (2012) Hobbit: Smauqun xarabalığı (2013) Hobbit: Beş ordunun döyüşü (2014) Güc üzükləri (2022)
İstinadlar
Xarici keçidlər "Tolkien Estate" vebsaytı BBC film (1968) featuring Tolkien Tolkin kitabxanası vebsaytı Tolkin bioqrafiyaları vebsaytı Tolkinin tərcümeyi-halı (Tolkien Cəmiyyəti) J. R. R. Tolkien: An Imaginative Life Four illustrated on-line lectures examining the life and work of Tolkien (at The Gnosis Archive)
Kateqoriya:İngiltərə yazıçıları Kateqoriya:İngilis yazıçılar Kateqoriya:Süni dil yaradıcıları Kateqoriya:Britaniya tərcüməçiləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:İngilis şairlər Kateqoriya:Oksford Universitetinin müəllimləri Kateqoriya:Lids Universitetinin müəllimləri Kateqoriya:XX əsrin İngiltərə romançıları Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:Britaniya tarixçiləri Kateqoriya:Britaniyanın uşaq yazıçıları Kateqoriya:İngiltərə dilçiləri Kateqoriya:İnklinqlər Kateqoriya:Uşaq şairləri Kateqoriya:İngiltərə xristianları Kateqoriya:İngiltərə antikommunistləri Kateqoriya:Poliqlotlar