Azərbaycan Voleybol Federasiyası — 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB), Avropa Voleybol Federasiyasına (CEV), Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) (2005) daxil olmuşdur.

Haqqında 1997–2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilmişlər. Yalnız 4 illik fasilədən sonra — 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılmışlar.

Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Azərbaycan Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır.

Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir.

Bu müddət ərzində Azərbaycanda uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır.

Həmçinin Azərbaycanı Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır. Qazanılan mükafatlar

Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır.

İstinadlar

Həmçinin bax Azərbaycan idman federasiyalarının siyahısı

Xarici keçidlər Azərbaycan Voleybol Federasiyası — avf.az saytı Nazirlər nəyi dəyişəcək? Cavid Qurbanov yenidən federasiya prezidenti Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçildi Bəhruz Quliyev Azərbaycan Voleybol Federasiyası Vitse Prezidenti

Kateqoriya:Avropa Voleybol Konfederasiyası Kateqoriya:Azərbaycanda voleybol Kateqoriya:1991-ci ildə Azərbaycanda yarananlar Voleybol Kateqoriya:Bakı təşkilatları Kateqoriya:Azərbaycan Voleybol Federasiyası