Birləşmiş Krallıq konstitusiyalı monarxiyaya əsaslanan unitar dövlətdir. Kraliça 2-ci Elizabet Birləşmiş Krallıq və 15 digər müstəqil dövlət ittifaqının başçısıdır. Kraliçanın məsləhətçi, dəstəkləyici və xəbərdaredici kimi hüquqları vardır. Birləşmiş Krallıq yazılmamış konstitusiyaya malik olan dünyanın 4 ölkəsindən biridir. Birləşmiş Krallığın konstitusiyası konstitusional razılaşmalarla birgə beynəlxalq müqavilələr və qanun toplularından ibarət məhkəmə sistemi, əsas qanunların da daxil olduğu fərqli yazılı mənbələr toplusundan təşkil olunub.
Monarxın rəsmi vəzifələri
Birləşmiş Krallıq konstitusiyalı monarxiyadır. Bu o deməkdir ki, dövlət başçısı kimi ölkəni irsi monarx idarə edir (kral və ya kraliça), lakin monarxın hakimiyyəti formaldır və o yalnız Parlamentin dəstəyi ilə hökm sürə bilər. Kral yaxud kraliçanın rəsmi vəzifələrinə aiddir:
Seçkilərin sonunda Baş Naziri təyin etmək (adətən İcmalar Palatasında səs çoxluğuna malik olan partiyanın lideri), Parlamenti çağırmaq, işində fasilə təyin etmək və Parlamenti buraxmaq; Müharibə elan etmək/sülh bağlamaq, Xarici dövlət və hökumətləri rəsmən tanımaq, Saziş bağlamaq, Əraziləri özünə birləşdirmək və ya başqa ölkəyə güzəştə getmək, Məhkəmə hakimiyyətinə rəhbərlik etmək (ölkədə bütün məhkəmələr Kral və ya kraliça məhkəməsi adlanır və bütün məhkəmə prosesləri kral yaxud kraliçanın adı ilə həyata keçirilir), Silahlı Qüvvələrin Ali Baş Komandanı olmaq, Mötəbər İngiltərə Kilsəsinin Ali Hakimi olmaq, Silahlı Qüvvələr və kilsədə şəxsləri mühüm dövlət postlarına rəsmi şəkildə təyin etmək, Əsilzadə, cəngavər və digər şərəf ordenləri ilə təltif etmək, Gizli Şuranın görüşlərində kökumətin qərarlarını rəsmi şəkildə təsdiq etmək, Avstraliya, Kanada, Yeni Zellandiya daxil olmaqla, yerli hakimlər tərəfindən idarə olunan 16 sabiq koloniyanın kral və ya kraliçası olmaq; Dövlətin başçısı olmaq,
Kral və ya kraliçanın mühüm simvolik vəzifələri xalqın birliyini, tarixi ənənələri və davamlılığı qoruyub saxlamaq, dövlətin ruhani başçısı olmaqdır. Birləşmiş Krallığın konstitusiyası Maqna Karta, Hüquqlar Vəsatəti Ərizəsi və Hüquqlar Haqqında Bill (1689) kimi tarixi sənədlərin daxil olduğu formalaşdırılmamış konstitusiyadır. Konstitusiya qeyri-sabitdir və Parlament aktı ilə dəyişdirilə bilər.
Birləşmiş Krallıqda hakimiyyətin üç qolu vardır: İcraedici hakimiyyət (hökumət tərəfindən həyata keçirilir); Qanunverici hakimiyyət (həm hökumət, həm də parlament tərəfindən həyata keçirilir); Məhkəmə hakimiyyəti (məhkəmə sistemi tərəfindən həyata keçirilir);
Hökumətin üç qolunda ciddi bir hakimiyyət bölgüsü yoxdur (Birləşmiş Ştatlardan fərqli olaraq). Məsələn: Ölkənin bütün nazirləri qanunverici hakimiyyətin üzvləridir. Bəzi ali hakimlər Parlamentin yuxarı palatasında əyləşir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamenti
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Parlamenti Birləşmiş Krallıq və ona aid olan ərazilərdə ali qanunverici orqandır. O, Birləşmiş Krallığın digər bütün siyasi orqanları üzərində ali hakimiyyətini təsdiq edən parlamentar suverenliyə malikdir.
Konstitusional hüquqla adi qaydada həyata keçirilən hüqüq arasında xüsusi bir fərq olmadığına görə Birləşmiş Krallıq parlamenti sadəcə olaraq parlament aktlarını qəbul etməklə konstitusional dəyişiklikləri həyata keçirə bilər və bununla da parlament konstitusiyanın yazılmış və ya yazılmamış bəndlərini ləğv etmək, dəyişmək kimi siyasi gücə malikdir. Hökumət Birləşmiş Krallıqda bütün dünyanın nümunə götürdüyü Britaniya İmperiyasının mirası sayılan Uestminster sisteminə dayanan parlamentli hökumət mövcuddur. Uestminster sarayında toplaşan Birləşmiş Krallıq parlamenti 2 hissəyə - seçilən İcmalar Palatasına və təyin olunan Lordlar Palatasına ayrılır. Parlamentdən keçən bütün qanun layihələri qanuni qüvvə almamışdan əvvəl kralın razılığına verilir.
Birləşmiş Krallıq Parlamenti Londonun mərkəzində yerləşən məşhur Uestminster Sarayında yerləşdiyindən Parlament bəzən Uestminster də adlanır.
Parlamentin vəzifələrinə aiddir: Qanunlar qəbul etmək; Günün əsas məsələlərini müzakirə etmək; Xərclərə dair təkliflər daxil olmaqla dövlət siyasətini və idarəçiliyi gözdən keçirmək; Dövlətin işinin tarazlığını təmin etmək Britaniya Parlamenti dünyanın bir çox ölkələrində olduğu kimi iki palatadan - İcmalar Palatası və Lordlar Palatasından ibarət ikipalatalı parlamentdir. Kral/kraliça Parlamentin üçüncü tərkib hissəsidir. Nəzəri olaraq, ali qanunverici hakimiyyət Kral və ya kraliçaya məxsusdur. Müasir dövrün təcrübəsində isə bu hakimiyyət Lordlar Palatasına məxsusdur. Kral/kraliça adətən Baş Naziirn məsləhəti ilə hərəkət edir və Lordlar Palatasının hakimiyyəti də məhduddur. İcmalar Palatası və Lordlar palatası Uestminster Sarayında ayrı-ayrı palatalarda görüşür.
Şotlandiya hökuməti və Parlamenti
Şotlandiya hökuməti və Parlamentinin təhsil, səhiyyə, şotland qanunları və yerli hökumət kimi Birləşmiş Krallığın hüququnun olmadığı məsələlər üzərində böyük miqyaslı gücü var. 2011-ci il seçkilərində Şotlandiya Milli Partiyası seçkiləri təkrar qazandı və partiyanın başçısı Aleks Salmond Şotlandiyanın ilk naziri kimi Şotlandiya Parlamentində mütləq əksəriyyət qazandı. 2012-ci ildə Birləşmiş Krallıq və Şotlandiya hökumətləri 2014-cü ildə keçirilməsi nəzərdə tutulan və Şotlandiyanın müstəqilliyinə dair referendumun şərtlərini nizamlayan Edinburq razılaşmasını imzaladılar.
Uels hökuməti və Parlamenti
Uels hökuməti və Uels Parlamentinin Şotlandiyaya nəzərən daha məhdud səlahiyyətləri var. Bu Məclis asambleya aktı vasitəsilə Uestminsterin razılığı tələb olunmayan, səlahiyyətində olduğu məsələlər üzrə qanun verə bilər. 2011-ci il seçkiləri Karuin Consun rəhbərlik etdiyi Leyborist hökumətin azlıqda qalması ilə nəticələndi.
Şimali İrlandiya hökuməti və Parlamenti
Şimali İrlandiya hökuməti və Məclisi digərləri ilə oxşar səlahiyyətlərə malikdir. İcraedici hakimiyyət Məclisin həmkarlar ittifaqı və millətçi üzvlərinin təmsil olunduğu ikihakimiyyətliliyə əsaslanır. Hazırda Demokratik Həmkarlar İttifaqı Partiyasının lideri Piter Robinson və Şin Fein Partiyasının lideri Martin Makqinnes müvafiq olaraq Baş nazir və Baş nazirin müavini vəzifələrini tuturlar.
İcmalar Palatası
Böyük Britaniya İcmalar Palatası Parlament üzvlərinin seçdiyi spiker tərəfindən idarə olunur. Vəzifə qeyri-siyasidir və konvensiyaya əsasən siyasi partiyalar spiker postuna namizədlik irəli sürə bilməzlər. O, Parlamentdə nizam-intizamın qorunmasına nəzarət edir.
Hal-hazırda İcmalar Palatasında 650 yer var (bu rəqəm bəzən demoqrafik vəziyyətə uyğun olaraq bir az dəyişir). Bu beynəlxalq standartlara əsasən böyük rəqəmdir. Misal üçün, Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında yerlərin sayı İcmalar Palatasına nəzərən xeyli azdır. İcmalar Palatasındakı hər yer bir seçki dairəsini təmsil edir. Adətən dairənin şəhər və ya kənd ərazisi olmasından aslı olaraq 60,000-80,000 seçicisi olur.
İcmalar Palatası ən azı beş ildən bir keçirilən seçkilərlə demokratik şəkildə seçilən palatadır (Ümumi seçki Baş Nazir tərəfindən çağırıldıqda bütün 650 yer üzrə keçirilən ümumilli seçkidir və son seçkinin keçirildiyi müddətdən 5 il gec olmamaqla keçirilməlidir).
İcmalar Palatasının yerləşdiyi palata İkinci Dünya müharibəsi zamanı zərər gördüyündən Qiles Qilbert Skott tərəfindən yenidən dizayn olunmuşdur. Yeni palata dağıdılan palataya oxşar tikilmişdir. Palatanın özülü bir-biri ilə əks istiqamətlərdə olan iki yaşıl oturacaq sıralarından ibarətdir. Mərkəzdə bir stol var və spikerin oturacağı onun bir başındadır. Bu quruluş iqtidar və müxalifətdən olan Parlament üzvlərinin bir-birləri ilə əks tərəflərdə olduğu mənasını verir. Hökumətin nazirləri iqtidar tərəfinin ön sıralarında əyləşir. İqtidarla eyni partiyadan olan, lakin hökumətdə vəzifələri olmayan şəxslər arxa sırada əyləşirlər.
Lordlar Palatası
Lordlar Palatası lord spiker tərəfindən idarə olunur. Palata İcmalar Palatasının analoqudur: Lord spiker Lordlar Palatası üzvləri tərəfindən seçilir və siyasi cəhətdən neytraldır. Lordlar Palatası üzvlərinin qərarlaşdırılmış sayı yoxdur. Tarixən Lordlar Palatasının üzvləri irsi zadəganlar olmuşlar. İllər əvvəl kral və ya kraliça aristokratiya nümayəndələrini Lordlar Palatasına üzvlüyə seçirdi və o vaxtdan palatada oturmaq hüququ nəsildən nəsilə keçdi və bu, irsi səciyyə almağa başladı. Aydındır ki, bu qeyri-demokratikdir. Bu qanunun dəyişdirilməsindən sonra 92 nəfər istisna olmaqla qalan bütün yaşayan irsi zadəganlar hökumətin məsləhəti ilə kraliça tərəfindən ömürlərinin sonuna qədər palatada qalmaq hüququ qazandı, lakin bundan sonra onların ailələrindən olan heç kəsin seçilmək hüququ yoxdur. Hal-hazırda palata üzvləri bu ömürlük seçilmiş irsi zadəganlardan, keçmiş siyasətçilərdən, təhsil, səhiyyə və digər sahələrdən olan şəxslərdir. Üzvlərin kiçik bir hissəsi də dini rəhbərlər - İngiltərə kilsəsinin yepiskop və keşişləridir. Lordlar Palatasının üzvlərinin əyləşdiyi palata bu qaydada təşkil olunmuşdur: Lord spikerin əyləşdiyi taxt (İcmalar Palatasında bu, spikerin əyləşdiyi stuldur). Palata yaşıl bir xətlə iki - sağ (iqtidar tərəfi) və sol (müxalifət tərəfi) hissələrə ayrılmışdır. Burada oturacaqlar qırmızı dəridəndir.
Məhkəmə Bu günə qədər Lord kansler İngiltərədə və Uelsdə məhkəmə hakimiyyətinin rəhbəri olub. O, cinayət məhkəmələri üçün və həmçinin suverenlik naminə hakimləri və dövlət məmurlarını təyin edir. Lord kanslerinin dövlətdə üç sahədə rolu vardır: icraedici, qanunverici və məhkəmə. Lord kanslerinin dövlətdə üç sahədə rola rola malik olması dünyada bir çox liberal demokratiyalar arasında özəlliyə malikdir. Buna baxmayaraq, 2005-ci il konstitusiya islahat aktı ilə onun məhkəmə səlahiyyətlərinin bir çoxu alınaraq, Biritaniya hökumətində digərlərinə, əsasən də, konstitusiya məsələləri üçün yeni yaradılmış dövlət katibliyi postuna verilmişdi.
Hökumət departamentləri Birləşmiş Krallıqda hökumət əsasən departamentlər kimi tanınan nazirliklərdən ibarətdir. Məsələn, Müdafiə Nazirliyi. Bunlar əsasən dövlət katibi və kabinetin üzvü olan dövlət nazirləri tərəfindən idarə olunurlar. Həmin şəxs, həmçinin aşağı pillədə olan nazirlər tərəfindən də dəstəklənə bilər. Nazirlərin qərarının icrası siyasi cəhətdən hər zaman neytral olan, dövlət xidməti kimi tanınan təşkilat tərəfindən həyata keçirilir. Onun konstitusional rolu hansı partiyanın hakimiyyətdə olmasından asılı olmayaraq, hökuməti dəstəkləməkdir. Digər demokratik sistemlərdən fərqli olaraq, yüksək vəzifəli dövlət qulluqçuları hökumət dəyişikliyindən sonra da öz vəzifələrində qalırlar. Departamentin inzibati idarəetməsi bir çox departamentlərdə daimi katib kimi tanınan baş dövlət qulluqçusu tərəfindən həyata keçirilir. Mülki xidmət heyətinin əksəriyyəti, əslində, dövlət departamentinə hesabat verən və müxtəlif operativ təşkilatlar olan icraedici agentliklərdə çalışırlar.
Baş nazir Birləşmiş Krallıq hökumətinin başçısı - yəni Baş nazir vəzifəsi İcmalar Palatasında əksəriyyətin inamını qazana bilən parlament üzvünə məxsus olur və bu vəzifə adətən həmin palatada ən böyük siyasi partiyanın başçısına məxsusdur. Baş nazir hökumət kabinetini seçir və kabinet rəsmi olaraq monarx tərəfindən onun hökumətdəki zati-alilərini təşkil etmək üçün təyin edilir. Razılaşmaya əsasən kraliça Baş nazirin hökumət barədə qərarlarına hörmət edir. Kabinet ənənəvi olaraq Baş nazirin partiyasının üzvlərindən təşkil olunur. İcraedici hakimiyyət Birləşmiş Krallığın Gizli Şurasına and içmiş baş nazir və kabinet tərəfindən təşkil olunur və kralın nazirləri olurlar. Mühafizəkarlar partiyasının lideri Devid Kemeron Bitləşmiş Krallığın 3-cü partiyası - liberal demokratlarla olan koalisiyaya rəhbərlik edir. Kemeron ilk dəfə, həmçinin Maliyyə naziri vəzifəsini də tutan Baş nazirdir.
Partiyalar