Vilavan Apinyaponq – tailandlı voleybolçu. İki qat Asiya çempionudur. Voleybolçu hal-hazırda İqtisadçının və Tailand millisinin kapitanıdır.Rookie Igtisadchi aiming high in first CL appearance
Karyerası Apinyaponq 2008-ci il də İspaniya superliqası komandalarından "Olimpico"yla müqavilə imzalayaraq ilk dəfə ölkəsindən kənara çıxır. O burada həmyerlisi Nutsara Tomkomla bir komanda da oynayır.El anfitrión Ibsa sueña con meterse en las semifinales SFV: Previa de la décimotercera jornada de la Fase Regular Burada yarım sezon oynadıqdan sonra voleybolçu milli komandadan yoldaşları-Malika Kanthong və Amporn Hyaphanın çıxış etdiyi "Ereğli Belediyespor"a transfer olunur. İki il Türkiyə Qadınlararası Voleybol Çempionatında çıxış edən Apinyaponq burada göstərdiyi oyunla Çin klublarının diqqətini çəkir.
Voleybolçu 2010-cu ildə Çinin ən titullu voleybol klublarından olan Quançjou şəhərinin təmsilçisi Eveqrande ilə anlaşır. Burada Cenni Lanq Pinq rəhbərliyində çox çətin forma savaşına girən tailandlının bu klubda əsas heyətdə oynamaq istəyinə Çin voleybol federasiyasının legioner məhdudiyyəti qanunu böyük maneçilik törədirdi. Belə ki, qaydalara görə hər komanda meydançaya yalnız 2 legioner voleybolçu buraxa bilərdi. Quançjouluların heyətində isə Loqan Tom, Yovana Brakoçeviç kimi dünyaca məşhur leginerlər var idi. Bu voleybolçularla forma mübarizəsindən məğlub ayrılan voleybolçu tez-tez ehtiyat oyunçular siyahısında yer alırdı. Bu səbəbdən də Apinyaponq növbəti mövsüm öz ölkəsinə qayıdır.
2012-ci ildə kapitanı olduğu Çanq klubu ilə birlikdə Klublar arası dünya çempionatında da iştirak etmişdi. Ancaq komandası turnirdə yarımfinal mərhələsini keçə bilmədiyindən böyük bir mükafat şansını qaçırmışdı."Çanq"ın heyətində isə kapitan Vilavan Apinyaponq daha güclü olub. O, klubunun aktivinə 16 xal yazdırıb. apasport.az
Ölkəsindəki karyerası hər zamankı kimi uğurlu olan (çempionluq yaşamışdır) voleybolçunun tək arzusu isə 2012 Yay Olimpiya Oyunlarına Tailand millisi ilə birlikdə getmək idi, lakin asiyalılar Serbiya və Yaponiya ilə birlikdə mübarizə apardıqları təsnifat mərhələsində mübarizəni dayandırdı və Apinyaponqun da Londona getmək ümidləri puç oldu. Ancaq 2016 Yay Olimpiya Oyunları üçün Tailand millisinin şansının yüksək olduğunu nəzərə alsaq Apinyaponqun bu arzusun həyata keçəcəyinə ümid etmək olar.
2012-ci ildə "Dünya Qranpiri"sində tarixinin ən yaxşı nəticəsini əldə edən asiyalı elə həmin il 6 komanda yoldaşı ilə birlikdə İqtisadçıya imza atdı.Tailand millisi Bakıya köçür Bakının "İqtisadçı" voleybol klubu Tailand millisinin kapitanını heyətinə cəlb edəcəkdir 2013–14 idman mövsümündə ilk dəfə olaraq Çempionlar Liqası təcrübəsi yaşayan voleybolçu Azərbaycan çempionatında da adından söz etdirməyi bacara bilmişdir.
Uğurları
Şəxsi mükafatları 2011 "Asiya Klublar Çempionlar Liqası"nın "Ən dəyərli oyunçusu" 2013 "Asiya Çempionatı"nın "Ən dəyərli oyunçusu"
Milli komanda ilə Asiya çempionatları Tailand 2001 — Fayl:Med 3.png Bürünc medal Tailand 2007 — Fayl:Med 3.png Bürünc medal Vyetnam 2009 — Fayl:Med 1.png Qızıl medal Asiya kubokları 2008 Asiya kuboku — Fayl:Med 3.png Bürünc medal 2010 Asiya kuboku — Fayl:Med 2.png Gümüş medal 2012 Asiya kuboku — Fayl:Med 2.png Gümüş medal
Klublar ilə 2010 Asiya Klublar Çempionlar Liqası — 16px "Federbrau" ilə 2011 Asiya Klublar Çempionlar Liqası — 16px "Chang" ilə
İstinadlar
Xarici keçidlə r Vilavan Apinyaponq CEV saytında
Kateqoriya:Tailand voleybolçuları Kateqoriya:İqtisadçı VK voleybolçuları Kateqoriya:Tailandda doğulanlar Kateqoriya:2014 Asiya Oyunları medalçıları Kateqoriya:2018 Asiya Oyunları medalçıları