Yaşıl Teatr — Bakıda açıq hava altında yerləşən, tamaşaçı tutumu 1800 nəfər olan teatr.
Yaşıl Teatr Bakıda yerləşən açıq hava teatrıdır. Teatr 1800 nəfər üçün nəzərdə tutulub. Teatr 1960-cı illərin ortalarında Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin sədri Əliş Ləmbəranski tərəfindən tikilib. Yaşıl Teatr vacib mədəni tədbirlərin təşkili məkanı kimi tikilmişdi.
1993-cü ildə teatrın fəaliyyəti dayandırıldı. 2005-ci ilin avqust ayında Azərbaycanın Respublikası Prezidentinin sərəncamı ilə teatrda təmir işləri başlandı.
25 iyul 2007-ci ildə Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbov Bakı Yaşıl Teatr Konsert Kompleksinin yaradılmasına dair qərar imzaladı.
İstinadlar
Kateqoriya:Bakı teatrları Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakıdakı binalar və tikililər