UEFA Millətlər Liqası — UEFA-ya üzv olan federasiyaların kişi milli futbol komandaları arasında iki ildən bir keçirilən futbol turniri.UEFA-dan yenilik: Millətlər Liqası təsis edilir. .
İlk turnirə 2018-ci ilin sentyabrında start verildi. A diviziyasında qruplarını birinci sırada bitirən 4 komanda Portuqaliyada keçirilən final mərhələsinə yüksəldi. Bundan əlavə, hər diviziyadan bir komanda UEFA Avro 2022-yə vəsiqə qazanacaq.
Turnir milli komandalar arasında keçirilən yoldaşlıq oyunlarını əvəzetmək məqsədilə təsis edilmişdir.
Format UEFA Millətlər Liqasının format və matç reqlamenti 4 dekabr 2014-cü il tarixində təsdiqləndi. Qəbul edilmiş formata əsasən (qeyd etmək lazımdır ki, format təsdiqlənməmişdən öncə Kosovo hələ UEFA üzvü olmamışdı) 55 komanda A diviziyasında 12, B diviziyasında 12, C diviziyasında 15 və D diviziyasında 16 komanda olmaqla dörd diviziyaya ayrılır.
Hər diviziya öz içində üç-üç və ya dörd-dörd komandalardan ibarət 4 qrupa ayrılır. Hər qrupda komandalar dairəvi sistem üsulu ilə 4 və ya 6 oyun oynayır. Oyunlar hər matç həftəsində 2 oyun olm
Ən yuxarı diviziya olan A diviziyasının dörd qrup birincisi UEFA Millətlər Liqası çempionu olmaq üçün final mərhələsində qarşılaşır. Finallar iki yarımfinal, bir üçüncülük uğrunda matç, bir çempionu müəyyənləşdirən final matçından ibarətdir. Ev sahibi ölkə 4 yarı finalist komanda arasında müəyyənləşdirilir.
Bu turnirin maraqlı tərəflərindən biri də komandaların alt diviziyaya düşmə və üst diviziyaya qalxa bilməsidir. B, C, D diviziyasının komandaları bir üst diviziyaya yüksələ bilər. A, B, C diviziyasının komandaları isə bir alt diviziyaya enə bilər. Qruplardakı komanda sayının fərqliliyinə görə C diviziyasının ən pis mübarizə aparan qrup üçüncüsü də D diviziyasına enir.
Qrup mərhələsi üçün klassifikasiya qaydaları Qruplarda iki və ya daha çox komandanın xallarının bərabər olması halında sıra ilə aşağıdakı kriteriyalardan istifadə olunur: Komandaların öz aralarında oynadığı oyunlarda qazandıqları xal və ya xallar Komandaların bir-biri ilə keçirdiyi oyunlar arasında top fərqi Komandaların bir-biri ilə keçirdiyi oyunlarda vurulan qol sayı Komandaların bir-biri ilə keçirdiyi oyunlarda atılan səfər qolları 1-4 nömrəli kriteriyaların işlədilməsinə baxmayaraq hələ də bərabərlik pozulmayıbsa,1-4 nömrəli kriteriyalar bir daha işlədilir,və hələ də bərabərlik varsa 6-10 nömrəli kriteriyalar istifadə edilir. Qrupdakı qol fərqi Qrupda vurulan qol sayı Qrupda vurulan səfər qollarının sayı Qrupdakı qələbə sayı Qrupdakı səfər qələbəsi sayı Fair-play xalı (sarı kart 1 xal, qırmızı kart 3 xal, sarı + qırmızı kart 4 xal) 2017-ci il UEFA Milli komandaların reytinq cədvəli
İstinadlar
Kateqoriya:Futbol turnirləri Kateqoriya:UEFA Kateqoriya:UEFA Millətlər Liqası Kateqoriya:2018-ci ildə Avropada yarananlar