Türk beşliyi () — Türkiyə Respublikasının yarandığı dövrdən XX əsrin ortalarınadək aktiv fəaliyyət göstərən və akademik türk musiqisini dünya səviyyəsinə qaldıran türk yenilikçi bəstəkarlar qrupuna verilən ad. Bu adlandırma, qərbdə rus musiqisinin Qüdrətli dəstə adı ilə tanınan 5 bəstəkarına verilən "rus beşliyi" ifadəsinə analogiya kimi seçilmişdir.

Həmin bəstəkarlar aşağıdakılardır: Əhməd Adnan Sayqun (; 1907–1991) Ülvi Camal Erkin (; 1906–1972) Camal Rəşid Rey (; 1904–1985) Həsən Fərid Alnar (; 1906–1978) Necil Kazım Ağsəs (; 1908–1999)

İstinadlar

Xarici keçidlər Ulvi Cemal Erkin, rəsmi veb-saytı Necil Kazım Akses, rəsmi veb-saytı Ahmet Adnan Saygun

Kateqoriya:Türkiyə musiqisi Kateqoriya:Türkiyə bəstəkarları