Alişa Qlass — 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. İmoko Koneglianonun şərəfini qoruyur.

Karyerası Voleybolçu həmçinin 2009-cu ildən ABŞ millisinin şərəfini qoruyur. 2012 və 2013-cü illərdə milli komanda ilə birlikdə Panamerikana kubokunu qazanmışdır.

Qlass 2013-14 mövsümündə Türkiyənin Fənərbaxça klubunda 12 nömrəli formanı geyinmişdir. Oynadığı vaxt komandanın əsas toppaylayıcısı olmuşdur. Fənərbaxçaya 2013-cü ildə transfer olunmuşdur. Bu klubdakı ən böyük uğuru isə 2013-14 mövsümünə təsadüf edir. Belə ki, həmin mövsüm Alişa komandası ilə birlikdə CEV Kubokunu qazanmışdır.

2014-cü ildən etibarən isə İtaliyanın İmoko Volley Konegliano komandasına transfer olunmuşdur. O, bu klubda özünə "səkkiz" nömrəli formanı bəyənmişdir. Alişa yeni komandası ilə birlikdə 2014-15 mövsümündə keçiriləcək CEV Qadınlar Çempionlar Liqasında da iştirak edəcək.

İstinadlar

Xarici keçidlər Alişa Qlassın rəsmi səfihəsi USA Volleyball saytında Alişa Qlass Bioqrafiya Alişa Qlass Fənərbaxçada

Kateqoriya:ABŞ voleybolçuları Kateqoriya:Fənərbaxça QVK voleybolçuları Kateqoriya:2016 Yay Olimpiya Oyunları bürünc medalçıları