Racendra Prasad () — Hindistan siyasi və dövlət xadimi. Hindistanın I prezidenti.The President of India Shri Pranab Mukherjee. Presidentofindia.nic.in. Retrieved on 12 December 2013.

Həyatı Kəlkətə Universitetində təhsil almışdır. 1911-1920-ci illərdə vəkil işləmişdir. 1911-ci ildə Hindistan Milli Konqresinə (HMK) daxil olmuş, milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1934, 1939 və 1947-48-ci illərdə HMK-nin sədri idi. Dəfələrlə həbs cəzasına məhkum edilmişdir. 1946-1948-ci illərdə Hindistan müvəqqəti hökumətinin ərzaq və kənd təsərrüfatı naziri, 1946-1950-ci illərdə Hindistan Müəssislər Məclisinin sədri olmuşdur. 1952-1962-ci illərdə Hindistan respublikasının prezidenti idi.

Mənbə ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 7 Rajendra Prasad (president of India) -- Encyclopedia Britannica

İstinadlar

Kateqoriya:Hindistan prezidentləri Kateqoriya:Kəlkətə Universitetinin məzunları