72 km qısametrajlı bədii filmi rejissor Səmimi Fərhad tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film "Nano Group Production"da istehsal edilmişdir. Film Laçın rayonunun işğalının 22-ci ildönümünə həsr olunub. Filmdə əsas rolları Eldar İmanov, Türkay Cəfərli, Lətifə Əliyeva, Tofiq Bayramov və Ağalar Bayramov ifa edirlər.
Məzmun Filmin süjet xəttində Qarabağ müharibəsi zamanı atasını itirən bir gəncin vətənli günlərinin xatirəsindən yaranan vətənə qayıtmaq arzusu və köçkünlükdən sonra gördüyü bir simada bu arzunun yaratdığı daxili burulğan əsas mövzu kimi seçilmişdir.
Ramiz Qusarçaylının müəllifi olduğu və Xatirə Laçın tərəfindən filmə uyğunlaşdırılan "Qaytarın geri!" şeirinin obrazların ifasında səslənməsi və kompozisiyanın sonunda Ehtiram Hüseynovun ifasında səslənən "Qarabağ şikəstəsi" sanki savaş cəngisidir. "72 km" məsafədən ruhən o torpaqlara səyahət edən obrazlar, filmi izləyənləri də özləriylə bərabər bu səfərə bir daha yoldaş edir..
Film Qarabağ uğrunda canından keçən şəhidlərimizin ruhuna ithaf olunur.
Film haqqında Facebook sosial şəbəkəsindəki "Laçın və laçınlılar" qrupunun idarəçilərinin təşəbbüsü və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin maliyyə dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Səmimi Fərhaddır. Filmdə səslənən musiqinin aranjımançısı Vüqar Camalzadə, balabanda ifa edən Əlixan Səmədov, ifalar isə Akif İslamzadə və Ehtiram Hüseynova məxsusdur. Filmin çəkilişlərinə İbrahim Mirzəyev, Ziyadxan Məmmədov, Xatirə Laçın, Siyavuş Əmirli, Ramil Cəbrayıl, Elçin Bəbirov, həmçinin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsi köməklik etmişlər. Filmin sponsuru Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsidir.
Filmin təqdimatı 2014-cü il mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "72 kilometr" adlı qısametrajlı filmin təqdimatı olmuşdur.
Filmin üzərində işləyənlər Ssenarist: Səmimi Fərhad, Ziyadxan Məmmədov Operator: Hikmət Şahverdiyev
Rollarda Eldar İmanov Türkay Cəfərli Lətifə Əliyeva Tofiq Bayramov Ağalar Bayramov Günel Niftəliyeva Zarina Qurbanova Arslan Fərhad Səmimi Fərhad
İstinadlar
Xarici keçidlər
Filmi izlə
Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər