Aşide sülaləsi — Göytürk xaqanlığında aparıcı sülalələrdən biri. Damğası — frameless. Təkcə anası Aşide sülaləsindən olan uşaqlar taxta çıxa bilərdiZuev Yu. A., "Horse Tamgas from Vassal Princedoms (Translation of Chinese composition "Tanghuyao" of 8–10th centuries)", Kazakh SSR Academy of Sciences, Alma-Ata, I960, p. 132 (Rusca).
Tarixdəki əsas nümayəndələri Tonyukuk () — Qapağan xaqanın, Bilgə xaqanın və İlteriş xaqanın məsləhətçisi, sərkərdəsi, Yollıq xaqanın babası. Aşide Venfu () — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə. Daha sonralar Aşina Funianın üsyanına qoşulmuşdur. Lakin 681-ci ildə sonuncu tərəfindən tutularaq imperatora təslim edilmişdir. Aşide Fenqçi () — Aşina Nişufunun üsyanına kömək edən sərkərdə, 680-ci ildə Pei Cinqhsian (裴行儉) tərəfindən əsir götürülmüşdür. An Luşan () — üsyan başçısı, anası Aşide qəbiləsindən idi. Aşide Mimi — Qapağan xaqanın qızı ilə evlənmişdi. Aşide Tonq Nizük (çin 阿史德暾泥孰)Liu, Mau-tsai, Die Chinesischen Nachrichten Zur Geschichte Der Ost-Türken (T’u-küe) 2 cild, Wiesbaden, 1958-I: 176, 228 — Bilgə xaqanın 725-ci ildə Çinə göndərdiyi səfir idi.
İstinadlar
Kateqoriya:Sülalələr Kateqoriya:Asiya tarixi