thumbnail|Cek kəndində hazırlanmış əvəlik Əvəlik şorbası — Əsasən, Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisi) Qarabağda məşhurdur. Qədim torpaqlarımız olan Qars, İğdır, Ərzurum, Van bölgələrində də çox bişirilir. Qey edək ki, bu ərazilərin bir çox hissəsi bir zamanlar İrəvan xanlığının bir parçası olmuşdur. Bu şorba sağlamlığa faydalıdır. Xalq arasında soyuqdəymə zamanı müalicə üçün istifadə edilir.
Tərkibi 1 ədəd soğan 1 ədəd kartof 1 kasa yaşıl mərcimək 1 kasa düyü 1 ovuc əvəlik yarpağı Ət suyu, yağ, sous, pulbibər,su Umac Bəzi yerlərdə əriştə və düyü də əlavə edirlər
Hazırlanması Əvəlik yarpaqları bir qazana qoyulub bir az qaynadılır.Sora yaşıl mərcimək qaynadılır. Kartof küp küp doğranılır və hazır saxlanılır. Əvvəl soğan doğranıb yağla qovrulur və sonra sous və pulbiber qatılır. Soyuq su əlavə edildikdən sonra bir kasa düyünu suyun içinə boşaldılır. Kartof və ardından yaşıl mərcimək əlavə edilir və ən son duzu da qatılaraq qaynamağa qoyulur.Çox qatılaşarsa üzərinə bir az su tökərək isdədiyiniz formanı ala bilərsiniz.
İstinadlar http://joy.az/cook/27420-evelik-shorbasi.html#sthash.gjqqoO9x.dpuf
Kateqoriya:Azərbaycan şorbaları Kateqoriya:Düyü xörəkləri Kateqoriya:Kartof xörəkləri