Devid O. Selznik və ya Zelsnik (; ) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır.
Həyatı Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi.
Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.
Növbəti üç ildə (1933–1936) Selznik Metro-Goldwyn-Mayer-in vitse-prezidenti olur. Prodüser kimi "İki şəhər haqqında povest", "Devid Kopperfild" və "Anna Karenina" kimi filmlərdə ixtisaslaşmışdır.
1936-cı ildə Selznik şəxsi Selznic International kino şirkətini yaradır. Eyni zamanda United Artists ilə də müqavilə bağlayır. Həmin dövrdə Selznik 50.000 dollara "Küləklə sovrulanlar" bestsellerini ekranlaşdırmaq hüququnu əldə edir. Növbəti üç ildə o, romanın epik ekran həlli üzərində çalışır. Film olduqca yüksək qəbul edilir və Selznikə ilk Oskar mükafatını qazandırır.
1939-cu ildə Selznik Britaniya rejissoru Alfred Hiçkokla uzunmüddətli müqavilə bağlayır. Ən yaxşı filmə görə Oskar mükafatı əldə etməsinə baxmayaraq, onların "Rebekka" filmi üzərində birgə işi rejissor və prodüser arasında narazılığa səbəb olmuşdu. Məsələn, onların filmin sonluğundakı "R" hərfinə görə də mübahisəsi düşmüşdü. Selznik bu hərfin külqabıdan qalxan tüstü ilə buludlarda canlanmasını istəyirdi. Hiçkok isə eyni şeyin yastıq üzərində gərəkli olduğunu israr edirdi.Альфред Хичкок (Alfred Hitchcock) — Кинопортал best-hits.net Beləliklə, Selznik Hiçkoku digər studiyalara "icarəyə verir" və bu pullara öz şəxsi filmlərini çəkməyə başlayır. Həmin filmlərdə baş rol bir qayda olaraq, onun gənc həyat yoldaşı Cennifer Cons tərəfindən ifa olunmalı idi.
1946-cı ildə Selznik genişmiqyaslı düşünülmüş "Günəş altında duel" vesterni ilə "Küləklə sovrulanlar"ın uğurunu təkrarlamağa çalışdı. İki il sonra isə alkoqolla bağlı kəskin problemlər onu kino sənayesindən uzaqlaşmağa məcbur etdi. O, "Əlvida, silah" romanını ekranlaşdırmaq hüququ alandan sonra 1957-ci ildə yenidən böyük kinoya qayıtmağa cəhd göstərdi. Lakin əsərin kino versiyası prokatda uğursuzluğa düçar oldu.
Devid Selznik 63 yaşında ürək çatışmazlığından vəfat etmişdir.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rejissor Studiya1923 O Dempsini zəbt edəcək? 1923 Rudolf Valentino və onun 88 Amerika gözəli 1924 Ruletka S.E.V. Teylor Aetna-Selznick Distributing Corporation1928 Qərbin zibilləri V.S. Van Dayk Metro-Goldwyn-Mayer1928 Vayominq V.S. Van Dayk Metro-Goldwyn-Mayer1928 Unudulan simalar Viktor Şşertzinger Paramount Pictures1929 Çin məhəlləsinin gecələri Uilyam Uellman Paramount Pictures1929 Sevdiyim insan Uilyam Uellman Paramount Pictures1929 Dörd lələk Merian KuperLotar MendesErnest B. Şodsak Paramount Pictures1929 Həyatın rəqsi Con KromvellA. Edvard Sazerlend Paramount Pictures1929 "Fast" şirkəti A. Edvard Sazerlend Paramount Pictures1930 Şans küçəsi Con Kromvell Paramount Pictures1930 Sara və oğlu Doroti Arzner Paramount Pictures1930 Bal Uesli Raqqlz Paramount Pictures1930 Texaslı Con Kromvell Paramount Pictures1930 Müdafiə üçün Con Kromvell Paramount Pictures1930 Təsadüfi qətl Corc Frensis Ebbot Paramount Pictures1930 Gülüş Harri d'Abbadi d'Arrast Paramount Pictures1932 İtirilmiş eskadron Corc Arçeynbod RKO Pictures1932 Altı milyonun simfoniyası Qreqori La Kava RKO Pictures1932 Dövlətin inamı Corc Arçeynbod RKO Pictures1932 Qərbə tərəf keçid Robert Milton RKO Pictures1932 Hollivud neçəyədir? Corc Kyukor RKO Pathé1932 Əjdaha nəriltisi Uesli Raqqlz RKO Pictures1932 Razılaşma yaşı Qreqori La Kava RKO Pictures1932 Cənnət quşu Kinq Vidor RKO Radio Pictures1932 Boşanma müqaviləsi Corc Kyukor RKO Radio Pictures1932 Qaliblər Uilyam Uellman RKO Pictures1932 Qadağan olunmuş dodaqlar Corc Kyukor RKO Pathé1932 Yarıçılpaq həqiqət Qreqori La Kava RKO Radio Pictures1932 Heyvan krallığı Edvard H. Qriffit RKO Radio Pictures1933 Topaz Harri d'Abbadi d'Arrast RKO Radio Pictures1933 Böyük Casper C. Volter Rubin RKO Pictures1933 Ən yaxşılarımız Corc Kyukor RKO Radio Pictures1933 Kinq-Konq Merian KuperErnest B. Şodsak RKO Radio PicturesTurner Entertainment1933 Kristofer Stronq Doroti Arzner RKO Radio Pictures1933 Təmizlənmə Con Kromvell RKO Pictures1933 Meymun pəncəsi Ernest B. Şodsak RKO Radio Pictures1933 Saat səkkizdə nahar Corc Kyukor Metro-Goldwyn-Mayer1933 Gecə uçuşu Klarens Braun Metro-Goldwyn-Mayer1933 Baronu qarşılayın Volter Lenq Metro-Goldwyn-Mayer1933 Rəqs edən qadın Robert Z. Leonard Metro-Goldwyn-Mayer1934 Yaşasın Villa! Cek Konvey Metro-Goldwyn-Mayer1934 Manhetten melodramı V.S. Van Dayk Metro-Goldwyn-Mayer1935 Devid Kopperfild Corc Kyukor Metro-Goldwyn-Mayer1935 Vanessa: Onun sevgi hekayəti Uilyam K. Hovard Metro-Goldwyn-Mayer1935 Ehtiyatsız Viktor Fleminq Metro-Goldwyn-Mayer1935 Anna Karenina Klarens Braun Metro-Goldwyn-Mayer1935 İki şəhər haqqında povest Cek Konvey Metro-Goldwyn-Mayer1936 Kiçik lord Fontleroy Con Kromvell Selznick International Pictures1936 Allahın bağı Riçard Boleslavski Selznick International Pictures1937 Ulduz doğuldu Uilyam Uellman Selznick International PicturesUnited Artists1937 Zendanın əsiri Con Kromvell Selznick International PicturesUnited Artists1937 Müqəddəs heç nə Uilyam Uellman Selznick International PicturesUnited Artists1938 Tom Soyerin macəraları Norman Tauroq Selznick International PicturesUnited Artists1938 Qəlbən cavan Riçard Uolles Selznick International Pictures1939 Bir-biri üçün Con Kromvell Selznick International Pictures1939 İntermesso Qriqori Ratov Selznick International Pictures1939 Küləklə sovrulanlar Viktor Fleminq Selznick International PicturesMetro-Goldwyn-Mayer1940 Rebekka Alfred Hiçkok Selznick International Pictures1944 Hədsiz dərəcədə mükafatlandırma Jak Turnör David O. Selznick Productions1944 Siz gedən kimi Con Kromvell David O. Selznick Productions1944 Mən sizi görəcəyəm Uilyam Diterle Vanguard FilmsDavid O. Selznick Productions1945 Ovsunlanmış Alfred Hiçkok Vanguard FilmsDavid O. Selznick Productions1946 Günəş altında duel Kinq Vidor David O. Selznick Productions1947 Paradayn hadisəsi Alfred Hiçkok Vanguard FilmsDavid O. Selznick Productions1948 Cenninin portreti Uilyam Diterle Vanguard FilmsThe Selznick Studio1949 Üçüncü adam Kerol Rid Selznick Releasing Organization1950 Yerə aparılmış Maykl PauellEmerik Pressburger RKO Radio production1953 Termini vağzalı Vittorio de Sika Columbia PicturesDe Sica ProductionsSelznick International Pictures1957 Əlvida, silah Çarlz Vidor 20th Century Fox
İstinadlar
Mənbə Thomson, David. Showman: The Life of David O. Selznick. New York: Knopf, 1992. ISBN 0-394-56833-8 (Free preview at Amazon.com)
Xarici keçidlər
Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:Pittsburqda doğulanlar Kateqoriya:Hollivudda vəfat edənlər Kateqoriya:Ürək tutmasından ölənlər Kateqoriya:Kaliforniya ssenaristləri