Olimpiya andı— Olimpiya oyunlarının açılış mərasimində hər bir olimpiyada iştirakçısını və Olimpiya dərəcəli hakimləri və ya digər səlahiyyətli şəxsin nümayəndəsini təmsil edən bir idmançı və ya hakim tərəfindən təntənəli surətdə verilən vəddir. Olimpiya andı, həmçinin Olimpiya oyunlarının ən mühüm atributlarından biridir və bu idman tədbirində birliyin ideyasını ifadə edir.
İdmançıların Olimpiya andının mətni :
Bütün idmançıların adından mən söz verirəm ki, komandamızın şərəfi və idmanın zəfəri üçün əsl idman ruhunda narkotiksiz və dopinqsiz idman üçün onları nizamlayan qaydalara riayət və hörmət edərək, Olimpiya oyunlarında iştirak edəcəyik.
Hakimlərin Olimpiya andının mətni:
Bütün hakimlərin və rəsmi şəxslərin adından mən söz verirəm ki, əsl idman ruhunda onları nizamlayan qaydalara riayət və hörmət edərək, tam qərəzsizliklə bu Olimpiya oyunlarında öz vəzifəmizi yerinə yetirəcəyik.
2010-cu il Gənclərin Yay Olimpiya oyunlarından bəri təşkilatçı ölkənin məşqçiləri tərəfindən Olimpiya andı deyilir. Mətni:
Bütün məşqçilər və idmançıları müşaiət edən nümayəndə heyətinin digər üzvləri adından mən söz verirəm ki, Olimpiya hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, ədalətli oyun qaydalarına tam riayət olunmasını və əsl idman ruhunun təmin edilməsini özümüz təşkil edəcəyik.
Tarixi Olimpiya andının vacibliyi , artıq 1906-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və təsisçisi Pyer de Kuberten tərəfindən bəyan edilib. Bu oyunlar zamanı ədaləti bərpa etmək üçün nəzərdə tutulmuşdu.
Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında qılıncoynatma və su polosu idmançısı Viktor Boin tərəfindən edilib. Viktor Boinin 1920-ci ildəki andı: Biz and içirik. Biz idmanın zəfəri və ölkəmizin şərəfi üçün Olimpiya oyunlarında iştirak edəcəyik.
1961-ci ildə, Olimpiya oyunlarında millətçiliyin aradan qaldırılması məqsədi ilə, and içmək sözü vəd vermək və ölkəmizin şərəfi birləşməsi isə komandamızın şərəfi birləşməsi ilə əvəz edildi. Andın bir hissəsində olan dopinq sözü isə 2000-ci il Yay Olimpiya Oyunlarında əlavə olunub.
Andı söyləyən idmançılar Olimpiya andının oyunların açılış mərasimində deyilməsi ənənəsi 1920-ci ildən bəri hər Yay və Qış Olimpiya oyunları zamanı təşkil olunur.
Yay Olimpiya Oyunlarında İl İdmançı İdman növü Dil 1920 Viktor BoinQılıncoynatma, Su polosu 1924 Jorj AndreYüngül atletika Fransız 1928 Harri DenisFutbol 1932 Corc KalnanQılıncoynatma İngilis 1936 Rudolf İsmayrYüngül atletika 1948 Donald FinlayYüngül atletika İngilis 1952 Heyki Savolainenİdman gimnastikası 1956 Con Lendi Anri Saint Cyr Yüngül atletika Atçılıq idmanı İngilis/İsveç 1960 Adolfo KonsoliniYüngül atletika 1964 Takaşi Onoİdman gimnastikası Yapon 1968 Pablo QarridoYüngül atletika İspan 1972 Heidi ŞüllerYüngül atletika Alman 1976 Pyer Sen-JakAğır atletika Fransız/ İngilis 1980 Nikolay Andrianov İdman gimnastikası Rus 1984 Edvin MosesYüngül atletika İngilis 1988 Xo Çe Şon Mi-PaBasketbol Həndbol Koreya 1992 Luis Doreste BlankoYelkənli qayıqsürmə İspan/Katalan 1996 Tereza EdvardsBasketbol İngilis 2000 Reçelle HoksaOtüstü hokkey İngilis 2004 Zoya DimosxakiÜzgüçülük Yunan 2008 Çjan İninStolüstü tennis Çin 2012 Sara StivensonTaekvondo İngilis
Qış Olimpiya Oyunlarında İl İdmançı İdman növü Dil 1924 Kamille MandrionDağ xizəyi 1928 Hans EidenbenzDağ xizəyi 1932 Cek ŞiKonkisürmə 1936 Vilhelm Boqnerİkinövlü xizəksürmə 1948 Bibi TorrianiBuzüstü hokkey 1952 Torborn FalkanqerTramplindən tullanma 1956 Culiana Minuzzo Dağ xizəyi 1960 Kerol Heiss Fiqurlu konkisürmə 1964 Paul AsteBobsleyAlman 1968 Leo LakruaDağ xizəyiFransız 1972 Suzuki KeitiKonkisürməYapon 1976 Verner Delle KartBobsley Alman 1980 Erik HaydenKonkisürmə İngilis 1984 Boyan KriajDağ xizəyiSerb-xorvat 1988 Pyer HarviXizəksürmə yarışı İngilis 1992 Surya BonaliFiqurlu konkisürmə Fransız 1994 Veqard UlvanqXizəksürmə yarışı İngilis/Norveç 1998 Kenci Oqivaraİkinövlü xizəksürməYapon 2002 Cimmi Şi Skeletonİngilis 2006 Corco RoqqDağ xizəyiİtalyan 2010 Hayley Vikenxaizer Buzüstü hokkeyİngilis/Fransız 2014 Ruslan Zaxarov Şort-trek Rus
İstinadlar
Xarici keçidlər Olimpiya andı (1920-1980) 2012-ci il London Yay Olimpiya Oyunlarının açılış mərasimində Olimpiya andının deyilməsi (youtube)
Kateqoriya:Olimpiya simvolları Kateqoriya:Andlar