Mustafa Süleymanov — Azərbaycanlı aktyor
Həyatı Mustafa Süleymanov bildirir ki, həyatının ilk dönəmlərində futbolçu olmaq istəyirdi. Lakin bir gün dostu ilə birlikdə Akademik Milli Dram Teatrında "Göy quş" tamaşasına gedirlər. Həmin gündən aktyor olmağa qərar verir.
O, aktyorluğa 1940-cı ildə Ağdam Dövlət Dram Teatrında başlayıb. 1949-cu ilə kimi burada çalışıb. "Vaqif" əsərində ayrı-ayrı vaxtlarda Vaqifi, Eldarı, Qacarı, "Vəfa"da kapitan Bahaduru, "Eşq və İntiqam"da Çingizi, "Fərhad və Şirin"də Fərhadı, Şapuru, Xosrovu, "Oqtay Eloğlu"da Oqtayı, "Məşədi İbad"da Sərvəri, "1905-ci il"də general-qubernatoru canlandırıb.
Səhnədə güllələnməsi Mustafa Süleymanov 1942-ci ildə "Qatır Məmməd"i tamaşasında Qatır Məmmədi, Əkbər Rəcəbov isə pristav rolunu oynayır. O həmin günü belə xatırlayır:
Müharibədən sonra Müharibə bitdikdən sonra vəziyyətin ağırlığından teatrların birləşməsi prosesi başlayır. Onun çalışdığı Ağdam Teatrını Füzuli rayonuna köçürürlər. Adı dəyişdirilib Qaryagin Dövlət Teatrı olur. O burada 1949-cu ildən 1951-ci ilə kimi çalışır, "Leyli və Məcnun"da İbn Səlamı, "Əsli və Kərəm"də şah rolunu oynayır.
Daha sonra Quba Dövlət Dram Teatrına gedir. 400 dəfə Seyx Sənan kimi səhnəyə çıxır. Daha sonra fəaliyyətinə Akademik Milli Dram Teatrında davam edir.
Filmoqrafiya Qanun naminə (film, 1968) O qızı tapın (film, 1970) Bakıda küləklər əsir (film, 1974) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Qorxma, mən səninləyəm Evlənmək istəyirəm (film, 1983) Günahsız Abdulla (film, 1984) Cin mikrorayonda (film, 1985) Sizi dünyalar qədər sevirdim (film, 1985) Küləyapardı (film, 1986) Məsləhət (film, 1988) Yaşa, qızıl balıq (film, 1988) Sarıköynəklə Valehin nağılı (film, 1980)
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları