Qarasuçay — İranın Şərqi Azərbaycan ostanında çay.
Başlanğıcını Boqrovdağ silsiləsinin şimal hissəsindən götürür, Ərdəbilin şimal tərəfindən axır, burada ona Balığlıçay qovuşur, sonra Əhərçay ilə qovuşana qədər şimal-qərbə axır, burada o şimala burulur və Qaracadağla Salavat dağı arasından keçərək Aslandüz rayonunda Araza qovuşur. Aşağı axarında çayın eni 100 m çatır, orta axarında 20–50 m arası dəyişir, yuxarı axarında isə dayaz bulaq kimidir.[М. П. Петров, Иран, Физико-географический очерк. М. 1955 səh. 69
İstinadlar
Mənbə -AMEA Qaracadağın coğrafiyası və geologiyası
Kateqoriya:İran çayları Kateqoriya:Cənubi Azərbaycan çayları Kateqoriya:Arazın qolları