() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü.
Ümumi yayılması Qafqaz (Gürcüstan) və Qərbi Avropada təbii halda yayılmışdır.
Azərbaycanda yayılması Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir.
Statusu Azərbaycanın nadir bitkisidir. LC.
Bitdiyi yer Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kənarda rast gəlinir.
Təbii ehtiyatı Arealı genişdir, ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir.
Bioloji xüsusiyyətləri Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yarpaqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzunsov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-yaşıl, çılpaq və ya nazik sıx tüklərlə örtülmüş, oturacaqdan çox da iri olmayan qulaqcığa malik olub, ürəkvarı və ya zəif pazvarıdır. Kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli, hər tərəfdən 3-7, enli, küt, gödək və ya uzun, forma və ölçücə bir-birinə oxşamayan dilimlərə malikdir. Oyuqların arası yarpaqların eninə görə 1/4-dən 3/4-ə qədər çatır. Yarpaqların saplağı 0,5-1,5 sm uzunluqdadır. Meyvələr 3-8 sm uzunluqda, yoğun saplaqlar üzərindədir. Qozalar 3-4 sm uzunluqda, dar silindr formalı, çanaqcıqlardan çölə çıxandır. Çanaqcıqlar kasa formalı, yoğun və dərindir. Pulcuqlar qısa, küt, enli üçbucaqşəkilli və ya dairəvi olub, çanaqcıqların ətrafına düzülmüşdür. Çanaqcıqlar və pulcuqlar sıx qonur tüklərlə örtülmüşdür. Çiçəkləməsi yarpaqlanma ilə birgə mart-aprel ayında başlayır. Qozası oktyabr-noyabr aylarında yetişir.
Çoxalması Təbiətdə toxumla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Mədəni şəraitdə becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax