Viktor Petroviç Şarlaxov (Lebedev) (; ) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1951).

Həyatı Viktor Şarlaxov -ci ildə anadan olmuşdur. 1911–1917-ci illərdə Penzada kişi gimnaziyasında, 1915–1918-ci illərdə isə M. V. Zeninanın özəl dram məktəbində təhsil almışdır.

Viktor Şarlaxov səhnə fəaliyyətinə 1918-ci ildə başlamış, 1918–1919 illərdə Penza "Azad teatrı"nda işləmişdir. 1919–1930-cu illərdə hər il Rusiyanın və SSRİ-nin müxtəlif — Saransk (1919–1920), Alatır (yay, 1920), Bryansk (1920–1921), Səmərqənd (yay, 1921), Aşqabad (1921–1922), Penza (1922–1923), Nijni Novqorod (1923–1924), Krasnodar (1924–1925), Qomel (yay, 1925), Tiflis (1925–1926 və 1929–1930), Sızran (yay, 1926), Yaroslavl (1926–1927), Xarkov (yay, 1927), Kazan (1927–1928), İjevsk (yay, 1928), Simferopol (1928–1929) şəhərlərinin teatrlarında çıxış etmişdir. 1930–1934-cü illərdə Samara, 1935–1937-ci illərdə Kalininsk, 1937–1938-ci illərdə Smolensk dram teatrlarında işləmişdir. 1934–1935 və 1938–1953-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 26 avqust 1953-cü ildən 25 mart 1980-ci ilədək isə Moskvada Malı Teatrda fəaliyyət göstərmişdir.

Aktyor 31 oktyabr 1989-cu ildə vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Stalin" mükafatı (3-cü dərəcə) — 14 mart 1951 (ADRDT-da İmran Qasımovun "Xəzər üzərində şəfəq" əsərində Məmmədov roluna görə) "Əmək igidliyinə görə" medalı — 25 fevral 1946 "Qafqazın müdafiəsinə görə" medalı — 19 yanvar 1945 "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 16 aprel 1946

Teatrdakı əsas rolları

Viktor Şarlaxov müxtəlif xaraterli rolların ifaçısı olmuş, xüsusilə komediya və satira janrında uğurla çıxış etmişdir. Onun ifa etdiyi əsas rollar: "Ağıldan bəla", Aleksandr Qriboyedov — Famusov "Lyubov yarovaya", Konstantin Trenyov — Yelisatov "Xəzər üzərində şəfəq", İmran Qasımov — Məmmədov "Kabus", Henrik İbsen — Enqstrand "Meşə", "Cehizsiz qız", "Gəlir yeri", Aleksandr Ostrovski — Sçaslivtsev, Karandışev, Yusov "Antiqona", Jan Anuy — Kreont "Sülh adası", Yevgeni Petrov — Cozef Cekobs "Nikbin faciə", Vsevolod Vişnevski — Sipli "Üç bacı", Anton Çexov — Çebutkin "Xoşbəxtlər", Sabit Rəhman — Mirzə Qərənfil "Şöhrətpərəstlik yarmarkası", Uilyam Tekkereyin əsəri üzrə — Pitt Krouli "Nə yardan doyur, nə əldən qoyur", Lope de Veqa — Tristan "Belə də olacaq", Konstantin Simonov — Fyodor Vorntsov "Həyat yenidən başlayır", Vadim Sobko — Flyugel "Lyonuşka", Leonid Leonov — Mamayev "Evlənmə", Nikolay Qoqol — Koçkaryov "Nazirin xanımı", Branislav Nuşiç — Vasya dayı "Feldmarşal Kutuzov", Vladimir Solovyov — Fransız ordusunun kapitanı "Əzablı yollarla", Aleksey Tolstoy — Tetkin "Port Artur", İvan Popov və Aleksandr Stepanov — general Stessel

Filmoqrafiya

1943 — Sualtı qayıq "T-9" () — Minayev 1943 — Bir ailə () — evlər idarəsinin rəisi 1956 — Qanadlar () (film-tamaşa) — Soxa 1957 — () — Qulyayev 1957 — () — Nikolay İvanoviç Smokovnikov 1962 — () (film-tamaşa) — şlyapalı adam 1964 — Port-Artur () — general Stessel 1964 — Çəkmələr sıx olanda () (film-tamaşa) 1966 — Təqaüdə 40 il () (film-tamaşa) 1969 — Yoxsulluq qəbahət deyil () (film-tamaşa) — Afrikan Savviç 1969 — Böyük qaban otelində gecə () (film-tamaşa) 1970 — Keçmiş və düşüncələr () (film-tamaşa) — Sergey Aleksandroviç Kokoşkin 1970 — Neva sahillərində () (film-tamaşa) 1975 — Meşə () (film-tamaşa) — Bodayev 1976 — Şöhrətpərəstlik yarmarkası () (film-tamaşa) — ser Pitt Krouli 1978 — Qaranlığın hökmranlığı () (film-tamaşa) 1979 — () — Arkadi Qleboviç Anyutin

İstinadlar

Xarici keçidlər

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri