Hacıbaba Hüseynəli oğlu Hüseynov () — Azərbaycan xanəndəsi, şair və qəzəlxan, pedaqoq, Azərbaycan SSR xalq artisti (1990).
Həyatı Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olmuşdur. Ruhani ailəsində böyümüşdür. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edir. O, həmin ansamblda üç il fəaliyyət göstərmişdir.
1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demişdir. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Aqil Məlikov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olmuşdur.
Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruz-rəvəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub. Zəminxarə, Dügah muğamları da ilk dəfə Hacıbaba Hüseynovun ifasında qrammofon valına yazılmışdır.
Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk səfəri böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa olmuşdur. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə 1 ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə 2 aydan artıq çəkən İran İslam Respublikasına olur.
H. Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat etmişdir. Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.
22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır. 240px|thumb|Sara Qədimova və Hacıbaba Hüseynov. 1960-cı illər
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 29 oktyabr 1990 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 mart 1989
Filmoqrafiya Ocaq başı (film, 1990) Qayıdış (film, 1992) "Hacı Mail" nağılı... (film, 2005) Muğamat var olan yerdə… (film, 2009) Ver sözə ehya ki... (film, 1990)
Həmçinin bax Durnam (xalq mahnısı)
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Xanəndələr