Anazarb — Türkiyənin Adana ilinin Qədirli, Ceyhan və Kozan ilçələrinin kəsişdiyi yerdə, Kozan ilçəsi içərisində, Kilikiya bölgəsində yerləşən antik şəhər. Bu antik şəhər XV əsrə qədər mövcud olmuş və sonra məhv olmuşdur. Roma dövründən qalma tarixi ilə Anadolunun ən qədim xarabalıqlarındandır. Türkiyədə Efes antik şəhərindən sonra ən məşhur antik şəhərdir. Şəhər Roma dövründə qurulmuşdur. Sonra Assuriyanın, ərəblərin, Abbasilərin, ermənilərin, Bizansın, Səlibçilərin, Məmlüklərin, Türkmənlərin, Osmanlının əlinə keçmişdir. 2014-cü ildə Anavarza antik şəhəri YUNESKO-nun "Müvəqqəti Dünya İrsi" siyahısına salınmışdır.
Yerləşdiyi yer Bir zamanlar Kilikiya ovasının mərkəzlərindən olan Anavarzanın antik mənbələrdə adı Anazarbos, Anazarba, Aynızarba və ya Anazarbus olaraq çəkilir. Adananın təqribən 70 km şimal-şərqində, Kozan ilçəsinin 28 km cənubunda, Diləkqaya kəndindəki bu antik şəhər, Sunbas çayının Ceyhan çayı ilə birləşdiyi yerin 8 km şimalında ada kimi yüksələn bir təpə üzərindədir. Bakı ilə Anavarza arasındakı məsafə 1729 km-dir.2 !1d49.7820541!2d40.4190061!1m5!1m1!1s0x15292abc266386dd:0x2c5aea963f38c37d!2m2 !1d35.896969!2d37.249939 Google Maps Eyni coğrafi enlikdə və ya uzunluqda yerləşən illər Şimal: , Amasya Qərb:AdanaMersin 50px Şərq:Qaziantep Cənub: Hatay
Tarixi
Roma imperiyası dövründə Şəhərin Roma İmperiyası dövründən əvvəlki tarixi haqqında demək olar ki, heç bir məlumat yoxdur. Ancaq "Addım Addım Çuxurova" kitabında Hadi Altay şəhərin Assuriyalılar tərəfindən tikildiyini düşünməkdədir və bu fikri də 1830–1840-cı illlərdə Anadolunu gəzən fransız səyyah Çarlz Teksyer də irəli sürürdü. Anavarza sikkələrində aydın olduğu qədəriylə burada e.ə. II–I əsrlərdə bir məskunlaşma olmuşdur. Ancaq şəhərin bu dövrü haqqında konkret məlumatlar verəcək kifayət qədər arxeoloji dəlil yoxdur. E.ə. 67-ci ildə romalı general Pompey Şərq Aralıq dənizini təxminən yüz il boyunca idarələri altında tutan quldurları Korakesiyon (Alaniya) ərazisində böyük bir dəniz döyüşündə qəti məğlubiyyətə uğradıb fəaliyyətlərini tamamilə ortadan qaldırmışdır. Həyatda qalanları isə Kilikiyanın (Çuxurova) dəniz kənarındakı və dənizə yaxın bəzi şəhərlərinə yerləşdirərək daxili bölgələrin idarəsini daha əvvəllər quldurluq edən Tarkondimotos adlı yerli bir krala buraxdı. Böyük ehtimalla Anavarza da Tarkondimotosun nəzarəti altındakı bu bölgəyə daxildir. Şəhər E.ə. 19-cu ildə İmperator Avqust tərəfindən ziyarət edilərək "Kaysareya" adı ilə xatırlanmaya başlanmış və eyniadlı digər şəhər olan Arqoyis dağının (indiki Ərciyəs) ətəyindəki Kaysariya (indiki Kayseri) ilə qarışdırılmaması üçün "Anavarza ətəyindəki Kaysariya" adlandırılmışdır. Anazarbus və ya Anabarzus adının əsasən şəhərdə hakim olan və Çuxurova düzünün ən diqqət şəkən fiziki quruluşlarından biri olan 200 metr yüksəkliyindəki qaya kütləsinə aid olduğu və bəlkə qədim farsça Na-barza ("Məğlubedilməz") adından təhrif olduğu düşünülür.
Anavarza daha sonra imperator Avqustusun ziyarətiylə Tarkondimotosun oğlu II Tarkondimotos Filopatorun idarəsinə verildi. Onun 17-ci ildə ölməsini fürsət bilən Romalı general Germanikus Kilikiyanın şərqini Anavarza ilə birlikdə Roma İmperatorluğunun Suriya əyalətinə birləşdirdi. 72-ci ilə gəlindiyində isə İmperator Vespasian tərəfindən Kilikiya bölgəsinin Roma əyaləti olaraq yenidən qurulmasıyla Anavarzanın da içində olduğu bölgə birbaşa Roma dövlətinin rəhbərliyi altına girmiş və Anazvarza əyalət paytaxtı Tarsosda (indiki Tarsus) oturan vali tərəfindən idarə edilməyə başlandı.Əsrlər boyunca Anavarza Anavarza Roma İmperiyası dövrünün ilk iki əsri boyunca vacib şəhər olmamış, Kilikiyanın paytaxtı Tarsusun kölgəsində qalmışdır. Tarsus günümüzə qədər çatmışdır, amma bunun qarşılığında tarixi abidələrinin böyük bir hissəsini itirmişdir. Roma imperatorlarından Septimius Severusun, Peskennius Niger ilə etdiyi hökmdarlıq mübarizəsi zamanı Severusun tərəfini tutan şəhər, onun Nigeri 194-cü ildə İsosda məğlub edərək imperatorluğun tək hakimi olmasından sonra tarixinin ən parlaq dövrünü yaşamaya başlamışdır. 204–205-ci illərində Kilikiya, İsauriyaa və Likaoniya əyalətlərinin metropolisi olmuşdur.
260-cı ildə digər Kilikiya şəhərləri kimi Anavarza da Sasani kralı Şapur tərəfindən fəth edilmişdir. Üstəlik IV əsrdə İsauriyalı Balbinos tərəfindən xaraba edilmiş olan Anavarza ancaq imperator II Teodosius zamanında 408-ci ildə yenidən qurulan Kilikiya əyalətinin paytaxtı olmuşdur.
Roma dövründən sonra 525-ci ildəki böyük zəlzələdən zərər görən şəhər imperator Lustinianus tərəfindan bərpa edilmiş və Lustiniopol adlandırılmışdır. Ancaq 561-ci ildəki ikinci zəlzələ fəlakətinə və baş verən böyük bir vəba epidemiyası şəhərə mənfi təsir göstərmişdir. Daha sonra Ərəb və Rum dövlətləri arasındaki sərhəd bölgəsində qalan şəhər daimi axın və müharibələr səbəbindən zəifləmişdir.
VII əsrdə Anavarza ərəblər tərəfindən işğal edildi və Anyzarba adlandırılmağa başlandı. 796-cı ildə xəlifə Harun Ər-Rəşid tərəfindən bərpa edilən şəhərə Xorasandan gələn köçkünlər gətirildi. 804, 806, 835 və 855-ci illərdə Bizans Anavarza şəhərini dağıdaraq çoxlu əsir götürmüşlər. 878-ci ildə Bizans İmperatoru I Basileusu dayandırmaq misyası verilən Anavarza əmiri qaçdı. 955–956-cı illərdə şəhərdəki Sayfadullah səddi təmir edildi.961-ci ildə Bizans imperatoru Nikeforos Fokas Sayfadullahın müdafiə etdiyi Anavarzanı mühasirəyə aldı və 962-ci ildə buranı ələ keçirərək təkrar Bizans imperatorluğuna qatdı. Sonra bura 1085-ci ildə İznikdə hökm sürən Səlcuqlu sultanlarından Süleyman tərəfindən fəth edildi. 1098-ci ildə Səlibçi başçılarından Bohemund tərəfindən şəhər ələ keçirildi. 1111-ci ildə isə şəhər yenidən Bizanslıların hakimiyyətinə düşdü. Antakiyada oturan Səlibçi başçısı II Bohemund 1130-cu ildə Anavarzanı yenidən ələ keçirmək istəsə də bölgədə olan Türk birliklərin pususuna düşdü və öldürüldü. 1137-ci ildə Bizans imparatoru II Yohan Komnenos şəhəri 37 günlük bir mühasirədən sonra ələ keçirdi. 1188-ci ildə II Leon qaya kütləsinin təpəsində bu günə qədər çox yaxşı qorunmuş olan qalanı tikdirdi.
Erməni hakimiyyətində XI əsrin ortalarında şəhərə Bizans dövlətinin Qars bölgəsində yeni fəth etdiği erməni torpaqlarında yaşayan erməniləri bura köçürüldü.
Malazgird döyüşündən sonra Anadoluda vəziyyətin iflası nəticəsində, Qarsın son Erməni kralının oğlu və ya nəvəsi olduğu iddia edilən Rupen adlı erməni əsgəri 1080-ci ildə Sis (Kozan) və çevrəsində bir sıra Bizans qalasını ələ keçirərək bəyliyini elan etmişdir. Rupen sülaləsi 1097-ci ildən sonra bölgəyə gələn səlibçilərin və 1277-ci ildən sonra monqolların dəstəyi ilə bölgədə hakimiyyətlərini 1375-ci ilə qədər qorumağı bacarmışdır. Rupen nəslindən gələn II Levon (1189–1219) Anamurdan İsgəndərun Beleninə uzanan bölgədə hakimiyyəti gücləndirərək 1199-cu ildə "Ermənistan Kralı" tacını geymişdir.
Rupen sülaləsi dövründə yenidən inşa edilən Anavarza qalası, xanədanın (Sis qalası ilə birlikdə) iki ana iqamətgahından biri və xanədanların dəfn olunduğu mahal olaraq vaciblik qazanmışdır. 1950-ci illərə qədər qala içində görüləbilən məzarlar hələ də xaraba edilmiş olup yazılar da itmişdir. left|thumbnail
Türk hakimiyyətində XIV əsrdən etibarən Anavarza ərazisində Varsaq ve Avşar Türkmənləri hakim olmuşdur. Əvvəlcə 1279-cu ildə Türkmənlər şəhəri ələ keçirmək istədilər. XVI əsrdən etibarən Kozanoğulları hakimiyyətində azad bir Türkmən bəyliyi Sis və Anavarza qalalarında hakim ola bilmişdı. Lakin sonra 1375-ci ildə Məmlüklər şəhəri fəth etdilər. Daha sonra bölgədə Ramazanoğulları bəyliyinin hakimiyyəti görüldü. Osmanlı imperatorluğu isə bölgəyə ancaq Yavuz Sultan Səlim zamanından etibarən tamamən hakim oldu.
Abidələri Bu gün Anavarza antik şəhərini Adana-Qədirli yolundan şərqə tərəf hərəkət edərək ziyarət etməyə gələnlər əvvəl Diləkqaya kəndinin evləri və Ərəblər tərəfindən tikdirilmiş olan sədlər ilə qarşılaşırlar. Anavarzanın Roma dövrü tikililərinin sökülməsindən əldə edilən daşlardan tikilmiş olan Ərəb səddləri çevrildiyi ərazinin içində birbirini dikləməsinə kəsən sütunlu küçələr və bu küçələrin arxasında dükanlar görülməkdədir. Sədlər şimala doğru uzanmaqdadır. Şəhərin divarları şərq istiqamətində 1500 metr uzanmaqdadır. Yüksəkliyi 8–10 metr arasında dəyişən bu sədlər hər 70 metrdə bir 20 bürc tikilmiş olub günümüzə yalnız bir hissəsi çatmışdır. 1500 metrlik xətt boyunca bəzi qapılar hələ də dayanmaqdadır. Bu sədlər üzərində şəhərin 4 qapısı vardır. Bu hissədə həm də bir hamamı, Havarilər kilsəsinin qalıqları ilə bir digər kilsənin qalıqları diqqəti çəkməkdədir. Şəhərin şimalında I əsrin son rübündə tikilmiş olan su kəmərləri və şəhərə gətirilən suyun şəhərə dağıtımının edildiyi monumental bulağın qalıqları, şimal-şərqdə isə II əsrin ilk yarısında tikimiş olan ikinci bir su kəmərlərinin qalıqları və qabartmalı bir qaya məzarı görülməkdədir. Şəhərin cənubunda isə Roma dövründən qalma qayalardan oyulmuş bir teatr, yenə qismən ana qayaya oyularaq II əsrin sonunda tikimiş bir stadion, Romalı əsgərlərin və gladiatorların təlim etdikləri bir amfiteatrın qalıqları ilə Alaqapı adıyla tanınan bir darvaza vardır. Hava şərtlərinin kafi görüş məsafəsi təmin halında Çuxurovanın hər tərəfindən görülən şəhərin dağının zirvəsində bir orta əsrlər qalası var. Bu məbədlərə çıxan qayalara oyulmuş nərdivanlar Roma dövründə dini mərasimlərin keçirildiyi yerlərə çıxan yol funksiyasını görürdü. Anavarzanın qərbində, şərqində və cənub-qərbində yerləşən Roma dövründən qalma qəbiristanlıq sahələri təqribən 2–3 km2 bir sahəsi əhatə edir. Roma dövründə Anavarzanın şərq istiqamətinə nəqliyyatı asanlaşdırmaq məqsədiylə qaya kütləsinin yarılaraq antik yol keçidi tikildiyi məlumdur. Bu keçid Bizans dövrü başlarında duyulan ehtiyac üzərinə genişlətdirilmişdir. Anavarza qayalıqları|thumb|300px
Akropolda inşa edilən orta əsrlər qalasının altında olan bir Roma imperiyası dövrü monumental qapı quruluşunun (propylon) təməllərini hələ də görmək olar. Anavarzanın şimalında və dağın ən yüksək nöqtəsində inşa edilən xarici düzbucaqlı planlı bir quruluş da diqqət çəkicidir. Anazarbosun qədim dövr strukturları içində ən yaxşı vəziyyətdə qalan təxminən 13x9 metr ölçülərindəki bu quruluş böyük ehtimalla Çuxurovanın Roma hakimiyyəti altına girmədən əvvəlki hakimi — Kral Tarkondimotosun və ya oğlu II. Tarkondimotos Filopatorun məzarıdır.Anvarza tarixi
Kilsələr Anavarza antik şəhərində 4 bilinən kilsə xarabası mövcuddur. Həvarilər Kilsəsi – Bunlardan ən əhəmiyyətlisi şəhərin mərkəzində olan Həvarilər Kilsəsidir. Zəlzələlər nəticəsində yıxılan Həvarilər kilsəsi indiki vaxtda daş yığınları halındadır. Sütunlarına baxdığımızda binanın yüksəkliyi 15–20 metr arasıdır. Erməni kilsəsi – Anavarzanın dağ ətəyindəki Xarici Qalada olan Erməni kilsəsi ikinci əhəmiyyətli kilsədir. Kilsə son yüz ilə qədər qorunmuş, ancaq yaxın zamanda yıxılmışdır. Kiçik Kilsə – Daxili qaladakı Kiçik kilsə görkəmli bir təpədə tikilmişdir. Daxili qalada olması və möhkəm daşlardan inşa edilməsi günümüzə qədər gəlməsini təmin etmişdir. Kilsənin dərhal qərb qapısı tərəfində yan-yana qoyulmuş xaçlar vardır. Qaya Kilsəsi – Anavarzanın şimalında "Krallar qəbiristanlığı"nın (Nekropol) yanında Anavarzadaki ən köhnə strukturlardan biri olan Qaya Kilsəsi Anavarzanın əhəmiyyətli antik abidələrindəndir.
Su kəmərləri Tarixi Anavarza şəhərinə üç ayrı yerdən böyük su kəmərləriylə su gətirilirdi. Birinci su yolu Bucaq Acanmandaş dağından gələn su idi. İkincisi Alapinar Bəkirce dağında gələn su, üçüncüsü isə Hamam kəndindən gələn su idi. Dünyanın ən uzun su kəmərlərindən bir dənəsi Anavarza su yolu idi. Bu gün böyük xarabaya uğramış olub günümüzə çox azı gələ bilmişdir.Anavarzaantikkenti.com saytında Su kəmərləri bölməsi
Alaqapı darvazası