İqor Vladimiroviç Talkov () (d. 4 noyabr 1956, Tula vilayəti, Şyokino rayonu - 6 oktyabr 1991, Sankt-Peterburq) — sovet rok musiqiçisi, müğənnisi, bəstəkarı, şairi, kino aktyoru.

Yaradıcılığı Yaradıcılığının ilk illərində "Aprel", "Kaleydoskop", "Elektroklub" qrupları ilə birgə işləyib. Bu müddətdə bir sıra musiqilər yazmış, amma onları ifa etmək imkanı olmamışdır.

Geniş ictimaiyyətə ilk dəfə olaraq 1987-ci ildə "İlin Musiqisi" () festivalında ifa etdiyi "Чистые пруды" mahnısından sonra tanınmışdır. Bundan sonra öz yazdığı mahnıları ifa etmək məqsədilə "Спасательный круг" adlı qrupu yaratmış və tezliklə bir sıra qastrollarda iştirak etmişdir.

Ölümü 1991-ci il 6 oktyabr tarixində Sankt-Peterburqda "Yubiley" idman sarayında silahla atəş açılaraq qətlə yetirilmişdir. İstinadlar

Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Sankt-Peterburqda vəfat edənlər Kateqoriya:Rusiyanın kişi müğənniləri Kateqoriya:Rusiyada odlu silahdan ölənlər Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Rusiyada üstü açılmamış cinayətlər