Futbol kralı () — Türk yazıçı Əziz Nesinin satirik romanıdır. Əsərdə sadəlövh, utancaq bir gəncin — Səidin həyatından, məhəbbətindən bəhs edilir. O, öz məhəbbətinə qovuşmaq naminə futbol ulduzu olmağa çalışır və məqsədinə çatır. Romanda idman dünyasındakı çirkli işlər, "futbol xəstəliyi" satirik qələmlə təsvir olunmuşdur.

Qısa məzmunu

Personajlar Səid Kürənoğlu (orijinalda Səid Sarıoğlu) Sevim Atəşfəşan Divar Əhməd Doktor Rəfiq Bərrin xanım Madmuazel Anjel Hasib Atəşfəşan Məchurə Atəşfəşan Çərənçi Dündar Kəmənd Erol Tompson İspan Aysel

Maraqlı məlumatlar Əsərin türk dilindəki orijinal adı "Qol kralı"dır (Bəzi nəşrlərdə "Qol kralı Səid Hopsəid" də qeyd olunur). Əsər Azərbaycan dilinə İsmayıl Şıxlı və Elçin Şıxlı tərəfindən tərcümə olunmuş, 1988-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən çap edilmişdir. Roman əsasında 1980-ci ildə "Qol kralı" komediya filmi çəkilmiş, baş rolu Kamal Sunal ifa etmişdir.

İstinadlar

Kateqoriya:Əziz Nesinin romanları Kateqoriya:Satirik romanlar Kateqoriya:1957-ci ilin romanları Kateqoriya:Türk dilində romanlar Kateqoriya:1988-ci ilin kitabları