Sindao - Çində, Şandonq əyalətində, Sarı dənizin sahilində qədim şəhər. Sindao, Şandonq əyalətinin ən vacib ticarət və turist mərkəzidir. Şəhərin adı çin dilindən tərcümədə "mavi ada" deməkdir.

2008 Pekin Yay Olimpiya oyunlarının yelkən yarışları bu şəhərdə keçirilmişdir.

Tarixi Şəhər ərazisində ilk məskunlaşma 6000 il əvvələ aiddir. İkinci dünya müharibəsindən sonra şəhər ABŞ donanmasının Qərbi Sakit Okean Donanmasının baş qərargahı olmuşdur. Çinin 1984-cü ildəki xarici ticarət siyasəti dəyişikliyindən sonra şəhər sürətlə inkişaf etmişdir.

Coğrafiya Şəhər Şandun yarımadasının cənub sahilində yerləşir. Şəhərin ən hündür yeri 1.133 metr yüksəklikdə yerləşir. Şəhərdə musson iqlimi hakimdir.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Çin şəhərləri