Sikstin kapellasının tavanı 1508–1512-ci illərdə Mikelancelo tərəfindən yaradılmış sənət əsəri olmaqla Yüksək İntibah incəsənətinin şah əsərlərindən biri hesab edilir.

1477–1480-ci illərdə Roma papası IV Sikstin sifarişi ilə inşa edilmiş papa kapellasının interyeri Roma papası II Yulinin sifarişi ilə dövrün müxtəlif məşhur rəssamları tərəfindən bəzədilmişdir. Sikstin kapellası əsrlər boyu papa seçimləri və bir çox başqa məşhur mərasimlərin keçirilmə məkanı olmuşdur.Shearman 1986, pp. 22–36

Kapellanın altar divarında Mikelancelo tərəfindən işlənmiş nəhəng "Böyük məhkəmə" freskası, XV əsrin Sandro Botiçelli, Domeniko Girlandayo və Pyetro Perucinyo kimi məşhur rəssamlarının kapella divarlarını bəzəyən əsərləri, Katolik kilsəsinin əsas doktrinalarını ifadə edən Rafaelin müəllifi olduğu xalçalar və kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş əsərlər bir vəhdət təşkil etməklə, vahid dekorasiya sxeminə malikdir.Shearman 1986b, pp. 38–87O'Malley 1986, pp. 92–148

Tavan dekorasiyasının mərkəzi hissəsini Yaradılış kitabı əsasında çəkilmiş doqquz səhnə təşkil edir ki, bunlardan da ən məşhuru Leonardo da Vinçinin "Mona Liza" əsərindən sonra Yüksək intibah incəsənətinin ən məşhur nümunəsi hesab edilən "Adəmin yaradılışı" təsviridir. Həmin əsərdən Adəm və Tanrının əllərinin toxunuşu səhnəsinin müxtəlif rəssamlar tərəfindən işlənmiş çoxsaylı imitasiyaları vardır.

Tavanın kompleks dizaynının tərkib hissələri olan çoxsaylı çılpaq və geyimli insan fiqurları Mikelanceloya insan pozalarının təsvirində ustadlığını göstərməyə imkan yaratmış və bu təsvirlər bu günə kimi bir çox rəssamlar üçün ilham mənbəyi və tədqiqat obyekti olmuşdur.

Tarix 200px|thumbnail|left|Roma papası II Yulinin Rafael tərəfindən işlənmiş portreti. Roma papası II Yuli "döyüşçü papa" idi, onun hakimiyyəti dövrü geniş siyasi fəaliyyətin aparılması, İtaliya ərazisinin kilsənin rəhbərliyi ilə vahid hakimiyyət altında birləşdirilməsi ilə yadda qalmışdır. Papa simvolikaya böyük önəm verərək, hakimiyyətini əks etdirən binaların tikilməsi, qələbələrini əks etditən abidələrin ucaldılmasına dəstək verirdi. Məhz II Yulinin hakimiyyəti dövründə, 1506-cı ildə, papa hakimiyyətinin və gücünün ən mühüm simvolu olan Müqəddəs Pyotr bazilikasının yenidən inşa edilməsinə başlanmışdır.Partridge 1996, p. 15

Həmin il, yəni 1506-cı ildə II Yuli Sikstin kapellasının tavanının bəzədilməsi layihəsini düşündü. Kapellanın divarları on iki il əvvəl bəzədilmişdi. Üç hissəyə bölünmüş divarların ən aşağı hissəsi qapalı pərdələri xatırladır və Rafael tərəfindən dizayn edilmiş çoxsaylı qobelenlərlə örtülmüşdür. Divarların orta hissəsi sağ tərəfdə İsanın, sol tərəfdə isə Musanın həyatından müxtəlif səhnələrin təsvir edildiyi kopleks rəsmlərlə örtülmüşdür. Həmin rəsmlər Sandro Botiçelli, Domeniko Girlandayo, Pyetro Perucino, Luka Sinyorelli, Pinturikkyo və Kozimo Rosselli kimi ən məşhur intibah rəssamları tərəfindən işlənmişdir.Shearman 1986b, pp. 45–47 Divarların ən yuxarı hissəsində pəncərələr vardır, onların arasında kı imitasiya nişlərdə isə ilk otuz iki roma papasının təsvirləri vardır.Partridge, 1996, p. 10 Matteo d'Amelia iddia edir ki, kapellanın tavanı mavi rəngə boyanmış, mavi tavanda isə ehtimal ki, zodiacal düzülüşlə qızılı ulduzlar yerləşdirilmişdir. Bu versiya ona görə inandırıcı qəbul edilir ki, kilsənin ən yuxarı təmsilçilərinin tez-tez görüşdüyü və mərasimlər keçirdiyi yer olan, Papa kilsəsi kimi tanınan kapellanın tavanının zodiakal ulduzlarla bəzədilməsi onların dini və zaman əhəmiyyətinin müşayiət edilməsinə imkan verə bilərdi, lakin, Papa Yuli bu tavanın daha böyük dini əhəmiyyət daşımasını istəyirdi.Partridge, 1996, p. 11

Daha çox heykəltaraş kimi tanınan Mikelancelo işi öz öhdəsinə götürmək istəmirdi. Bundan əlavə, o, papanın öz məzarı üçün böyük bir heykəl kompozisiyasını hazırlamağı öhdəsinə götürmüşdü. Lakin, papa məsələyə çox sərt yanaşaraq geri çəkilmədi və Mikelancelo işi qəbul etməli oldu. Lakin fransızlarla müharibə papanın diqqətini yayındırdı və Mikelancelo heykəltaraşlığa davam edə bilmək üçün Romadan qaçdı. Lakin Mikelancelo papanın məzarı üçün hazırladığı heykəlləri tamamlaya bilmədi, çünki, 1508-ci ildə qələbə ilə Romaya qayıdan Roma papası II Yuli Mikelancelodan tavan üzərində işə başlamağı tələb etdi. İş haqqında müqavilə 10 may 1508-ci ildə imzalandı.

Papa tərəfindən təklif edilən cədvəldə pendentivlərdə on iki həvarinin iri təsvirlərinin olması nəzərdə tutulurdu.O'Malley 1986, p. 104. Lakin Mikelancelo bu cədvəli qəbul etmir və daha mürəkkəb bir cədvəl üzərində işləməyə başlayır, rəssam qeyd edir ki, "mən işi öz istədiyim kimi etdim."Partridge 1996, p. 13. Mikelancelo tavan dekorasiyası üzərində dörd il çalışmış və 1512-ci ildə tamamlanmış bu əsərdə üç yüzdən çox obraz işləmişdir.Goldscheider 1953.Vasari 1568. Mikelancelonun həqiqətən də işi "öz istədiyi" kimi etməsi və ya buna qabil olmsı məsələsi dəqiq bilinmir və bu vaxta kimi incəsənət tarixçiləri arasında polemika mövzusu olaraq qalmaqdadır. Cayls Viterbonun teologiya üzrə Mikelancelonun məsləhətçisi olduğu güman edilir. Bir çox tədqiqatçılar bildirirlər ki, Mikelancelo ciddi Bibliya bilgisinə malik idi və tavanın cədvəlini özü işləyə bilərdi. Bu fikri, Mikelancelonun tavan üzərində işlədiyi vaxt Əhdi-Ətiqi dəfələrlə oxuması və kilsə tərəfindən yaradılmış xristian incəsənətindən yox, müqəddəs kitabın özündən ilham alması haqqında Askanio Kondivinin fikri də təsdiq edir.Graham-Dixon 2008, p. 181 ff. Ümumilikdə tavanda 343 fiqur işlənmişdi.

Metod thumb|left|Bu lunetdə eşafoltun qurulduğu hissəni görmək mümkündür. Kapellanın tavanına çata bilmək üçün Mikelancelo özü eşafolt qurmuşdur, həmin nazik taxta platformalar yerdən yüksəlməyərək, pəncərələrin üstündəki deşiklərə bərkidilmişdi. Mançinelli qeyd edir ki, Mikelancelo bunu ağaca sərf olunacaq xərci azaltmaq üçün etmişdi. Mikelancelonun tələbəsi və bioqrafı Askanio Kondiviyə görə, pilləkənlər və döşəmə tərəfindən dəstəklənən kronşteynlər və çərçivələr döşəmə və divara gips, həmçinin boya sıçramasının qarşısını almaq məqsədilə parça ilə örtülmüşdü.Condivi 1553. İşlərin getdiyi vaxt binanın yalnız yarısına eşafolt qurulmuş, iş irəlilədikcə eşafolt da hərəkət etdirilmişdir.Mancinelli 1986, pp. 220–259 Lunetlərin aşağısına kimi bütün divarlar həmçinin eşafoltla örtülmüşdü. Sikstin kapellasının freskalarının sonuncu restavrasiyası zamanı divarlardakı deşiklər yenidən istifadə olunmuşdur.

Məşhur inama görə, Mikelancelo arxası üstə uzanaraq yox, ayaq üstə duraraq işləmişdir. Vazari qeyd edir ki, "Başını arxaya əyərək işləmək məcburiyyəti yarandığından, Mikelancelo işi çox mürəkkəb şərtlər altında tamamlamağa məcbur olmuşdur." Mikelancelo öz fiziki diskomfortunu kiçik eskizin yanında yazdığı yumoristik sonetdə ifadə etmişdi. thumb|220px|upright|Bu iqnudi obrazının baş və çiyin ətrafında bir gündə cilalanmış gips detalını görmək mümkündür. Tavanda əsərlər freska texnikası ilə çəkilmişdir, çünki, boya nəm gips üzərinə vurulmuşdur. Mikelancelo Florensiyanın ən nüfuzlu freska rəssamlarından biri olan Domeniko Girlandayonun emalatxansında çalışmış, Girlandayonun işləri Santa Mariya Novella kilsəsini və Sikstin kapellasının divarını bəzəmişdir. Başlanğıcda gipsin üzərinə vurulan boyalar qabıq qoyaraq qopurdu, çünki işlər başladığında gips yaş idi. Buna görə də, Mikelancelo çəkdiklərini silməyə və yenidən işə başlamağa məcbur olmuşdu.Goldscheider 1951. Bundan sonra o, tələbələrindən biri olan Yakopo Torni tərəfinfən hazırlanmış və kiflənməyə qarşı tərkibə malik olan xüsusi formuladan istifadə etdi ki, bu formula da qısa zamanda italyan memarlıq ənənəsində özünə yer etdi.

Tavandakı təsvirlər freska janrında işləndiyindən, bir gün əvvəl boya ilə işlənilməli hissəyə gips vurulurdu ki, bu da giornata texnikası adlanır. Hər dəfə yeni hissənin işlənməsindən əvvəl başqa bir hissənin kənarları qaşınır və yeni iş sahəsi təmizlənirdi. Giornatenin kənar hissələrini diqqətlə baxdıqda seçmək mümkündür və bu da işin necə irəliləməsini izləməyə imkan verir. Bu freska rəssamları üçün adi haldır, belə ki, bütün rəssamlar bütöv freska cədvəlini kiçik eskizlərə bölərək işləyirlər, hətta, bir çox freskalarda fiqurların sıralanması üçün stiletto ilə açılmış kiçik deşikləri də görmək mümkündür.bax: Adəmin yaradılışı

Müxtəlif hissələrdə nəm gips üzərində boyaların rəngarəngliyini təmin edə bilmək üçün yuma texnikasından istifadə edən Mikelancelo, qurumadan sonra əmələ gəlmiş bozluqları kölgələr verməklə və müxtəlif fırçalarla detallar əlavə etməklə doldurmuşdur. Saç telləri və taxıl kimi incə detalların işlənməsi üçün Mikelancelo səyrək tüklü fırçadan istifadə etmişdir. O, rəssamların istifadə etdikləri ən yaxşı metodlardan və o zaman əlçatan olan ən yeni texnologiyalardan istifadə edərək, onları müxtəlif rəssamlıq maneraları bilə kombinə etmiş və Girlandayonun emalatxanasında öyrəndiyi məlumatlarla zənginləşdirmişdir.Vazari qeyd edir ki, Mikelancelo hələ cavan oğlan olduğu vaxtda da "öz ustadının işini təkmilləşdirmək üçün kifayət qədər bacarıq və zəkaya, ehtiras və istəyə malik idi."

İşlər altarın qarşı tərəfindən başlamış və inkişaf etdirilərək Yaradılış səhnəsi ilə altara tərəf davam etdirilmişdir.Bartz 1998. Digər panellərlə müqayisədə, Nuhun hekayəsinin təsvir olunduğu ilk üç panel xırda fiqurların çox olması ilə seçilir. Bu həmin hissədə peyğəmbər və iqnudi fiqurlarının tavanın mərkəzi hissəsinə nisbətdə daha kiçik ölçüdə çəkilməsi ilə yox, bu hissədəki təsvirlərin insan taleyi və ümumilikdə insanlıq ilə bağlı olması ilə əlaqədardır. Ölçülərin böyüməsi ilə Mikelancelonun özünəməxsus stili daha aydın görünməyə başlamışdır və Yaradılış səhnəsindəki Tanrı obrazını rəssam cəmi bir gündə işləmişdir.Bartz and König, p.55

Parlaq rənglər və bir-birindən kəskin fərqlənən xətlər bütün fiqurların yerdən aydın görünməsini təmin edir. Adəmin yaradılması təsvirində ölçüləri elə götürülmüşdür ki, tavanın hündürlüyünə baxmayaraq, təsvirin altında dayanan adama elə gəlir ki, əlini yuxarı qaldırsa Adəm və Tanrıya toxuna bilər. Vazari qeyd edir ki, açılışın baş tutduğu vaxt tavan tamamlanmamışdı, çünki qızılı rənglər və mavi lapis lazuli detallar hələ işlənməmişdi və bu qızılı rəngə üstünlük verilmiş divar təsvirləri ilə uyğunlaşmanı təmin edən detalların əskikliyi demək idi. Lakin bu rənglərin freskalara əlavə edilməsi sonra da baş tutmamışdı, bunun da səbəbi həm Mikelancelonun yenidən eşafolt qurmaq istəməməsi, həmçinin qızılı və mavi lapis rənglərin ümumi freskalar fonunda əhəmiyyətini itirməsi idi.

Lakin, faktiki olaraq tavanın bəzi hissələri qızılla bəzədilmişdir ki, bunlar da, İqnudilər arasındakı qalxanlar, peyğəmbərlər və sibillər arasındakı sütunlardır. Ola bilsin ki, qalxanların qızılla işlənməsi Mikelancelonun orijinal cədxəlinin bir hissəsi olmuşdur, çünki, eyni stildə qızılla örtülmüş bu qalxanlar ümumi baxışda bütün freska sistemindən seçilərək qalxan paradını xatırladır.Hurst 1986

Məzmun 400px|thumbnail|right|Adəm və Həvvanın günah işləyərək Ədən bağından qovulması Tavanın açıq məzmunu Tanrının İsa vasitəsilə bildirdiyi kimi insanlığın ehtiyacı olan Xilasdır. Bu insanlığın Tanrı ilə andlaşmaya ehtiyacı olması haqqında vizual metaforadır. Əhdi-Ətiqdən Musanın İsrailoğullarını Misirdən çıxarması və Əhdi-Cədiddən İsanın hekayəsi kapellanın sağ və sol divarlarında təsvir olunub.

Tavan dizaynının əsasını Yaradılış kitabı əsasında işlənmiş doqquz səhnə təşkil edir ki, onlardan da beşi bir qədər kiçik ölçüyə malikdir və hər bir dörd ədəd İqnudi adlandırılan çılpaq oğlan fiqurları tərəfindən dəstəklənir və ya saxlanılır. Tavanın hər iki tərəfində İsanın doğulması haqqında xəbər vermiş on iki qadın və kişinin fiquru var. Pəncərələrin üstündə yerləşən və lunetlər adlandırılan aypara formalı hissələrdə İsanın əcdadlarının təsvirləri verilib. Onlardan yuxarıda üçbucaqlı spandrellərdə müxtəlif fiurlar təsvir edilsə də, həmin fiqurları hansısa Bibliya obrazları ilə identifikasiya etmək mümkün olmamışdır. Bu tavan cədvəli hər dörd küncdən hər birində dramatik Bibliya hekayələrinin təsvir edildiyi böyük pendentivlərlə tamamlanır.