() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Cənubi-şərqi Asiyada yetişir. Vətəni Tailanddır.
Botaniki xarakteristikası Ağac 15–24 metr hündürlüyündə ola, yarpaqları isə 14–30 sm uzunluğuna çata bilər. Rambutan çiçəkləri kiçikdir və 2.5–5 mm ölçüsündə olan disk şəklindədir. Üst qabığı soyularaq tumu ilə birgə yeyilə bilir. Rambutanı kosmik meyvə adlandırırlar. Rəngi qırmızı, içi ağ, tumu isə qara rəngdədir. Meyvəsi qırmızı rənglidir və uzun saçaqları var. Ölçüsü böyük deyil: əsasən 3 sm, nadir hallarda 6 sm ölçüsündə olur. Çəyirdəyi isə meyvənin 1/3 hissəsini təşkil edir. Meyvənin xarici rəngi nadir hallarda narıncı və sarı ola bilər. Ətli hissəsi tüklərlə örtülmüşdür. Meyvənin şirin dadı olur. Rambutan qəhvəyi rəngli toxumu isə 1–1,3 sm ölçüsündədir.
Becərmə 22–30 °C bitki üçün ideal temperatur qəbul olunur. 10 °C-dən aşağı temperatura qarşı həssasdır. Ticarət məqsədilə 12–15 °C-də və dəniz səviyyəsindən 500 metr yüksəklikdə yetişdirilir. Qönçələmə yolu ilə çoxaldıqda 3 ildən bir meyvə verə bilər.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Meyvə ağacları Kateqoriya:Tropik meyvələr Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Asiya mənşəli meyvələr