Aldo Rossi (; ) — italyan memar, dizayner və nəzəriyyəçi.
Həyatı Aldo Rossi 1931-ci il 3 mayında İtaliyanın Milan şəhərində anadan oldu. 1949-cu ildə Milan Politexnik Universitetinin memarlıq fakültəsinə daxil olan Aldo Rossi 1959-cu ildə məzun oldu. Bu zaman 1955-ci ildən "Kasabella" jurnalında yazıları çap olunmağa başladı. Həmin jurnalda 1959–1964-cü illəri arasında redaktor kimi işlədi.
1960-cı illərdəki ilk işləri əsasən onun ən çox təsirləndiyi memarlar: 1920-ci illərdə Modernizm cərəyanının İtaliyadakı qabaqcıllarında Cüzəppe Terraqni, klasik dizaynları ilə tanınan Vyanalı memar Adolf Loos və rəssam Ciorco de Kiriko ilə bağlıdır. Stalin memarlığını izləmək üçün SSRİ-yə etdiyi səfər də karyerasında dönüş nöqtəsi olmuşdur
Neo-Rasional cərəyanı Aldo Rossi La Tendenza olarak tanınan Neo-Rasional cərəyanının qurucuları arasında sayılır. Dövrünün Avropa Memarlığına olan töhfələri Robert Venturinin ABŞ-dəki memarlıq sahəsində verdiyi töhfələrə bənzəyir. Memarlıq tənqidçisi Çarlz Cenks Aldo Rossi ve Robert Venturini Postmodern memarlığınını ən vacib iki təmsilcisi olarak adlandırır. Bonnefanten Muzeyi|thumb
Mükafatları Aldo Rossinin çap etdirdiyi əsərlər və teoremləri xüsusulə 1970-ci illəri və 1980-ci illərdə olduqca məşhurluq qazandı. ÇNəşr olunan bu əsərlərin ən əhəmiyyətliləri "Şəhərin Memarlığı" (L'architettura della città, 1966) və "Elmi Bir Avtobioqrafiya" (Autobiografia scientifica, 1981) dir
Aldo Rossi 1990-cı ildə memarlıq sahəsində ən məşhur mükafatlardan birisi olan Pritsker Memarlıq Mükafatını qazandı. Memarlıq tənqidçisi və Pritsker mükafatı müsiflərindən biri Ada Luiz Haksteybl Aldo Rossini "memar olmuş bir şair" adlandırdı.
Aldo Rossi 4 sentyabr 1997-ci ildə İtaliyanın Milan şəhərində bir yol qəzası nəticəsində ölmüşdür.
Tanınmış işləri 1968–1974: Gallaratese Quarter, Milan, İtaliya (Karlo Aymanino ilə birlikdə 1971: San Kataldo Məzarlığı, Modena, İtaliya 1981: Karlo Felis Teatrı, Cenoa, İtaliya 1982–1988: Sentro direzionale, Perucia, İtaliya 1986–1989: Palazzo Hoteli, Fukoka, Yaponiya 1990–1994: Bonnefanten Muzeyi, Maastrixt, Hollandiya 1994–1998: Quartier Şützenstrazze, Berlin, Almaniya
İşləri
İstinadlar
Kateqoriya:İtaliya memarları Kateqoriya:Milanda doğulanlar Kateqoriya:Milanda vəfat edənlər Kateqoriya:Pritsker mükafatı laureatları Kateqoriya:İtaliya dizaynerləri Kateqoriya:Yaponiya memarları Kateqoriya:İtaliya rəssamları