Tintin Tibetdə () — belçikalı Erjenin komiksi "Tintinin macəraları"nın 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər "Tintin" jurnalında həftəlik seriya çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı "Tintinin macəraları"nın ən sevdiyi hissəsi hesab edir, çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc müxbir Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər, Yeti ilə qarşılaşsa belə, axtarışlarını aparır.
"Anbardaki kömür" və onun çox sayda obrazlarını izləyən "Tintin Tibet"də yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla "Anbardaki kömür"dən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir. 32 dilə tərcümə edilən və tənqidçilərin diqqətini çəkən "Tintin Tibetdə" Dalay Lama tərəfindən tərifləndi və Dalay Lama əsəri "Həqiqət İşığı Mükafatı"na layiq gördü. Hekayə kommersiya uğuru qazandı və yekunlaşdıqdan sonra Kasterman tərəfindən kitab şəklində çap edildi. Seriya özü Franko-Belçika komiks ənənəsinin bir hissəsi oldu. "Tintin Tibetdə" televiziya, radio, sənədli film, teatr və videooyun kimi hazırlandı və muzey sərgisinə mövzu oldu.
İcmal
Personajlar
Ümumi personajlar Tintin Kapitan Haddok — Tintinin ən yaxın dostu Milu — Tintinin iti Professor Turnosol — Tintinin dostu Biansa Kastafiere — opera müğənnisi
Spesifik personajlar Çhanq Çonq-Çen — itkin düşmüş çinli oğlanÇanq Çonq-Çen Mavi Lotusda və 25 il sonra Tintin Tibetdə kitabında görünmüşdür. Tahki — Şerpa xalqından yükdaşıyanTahki personajının xarakteri 29 may 1953-cü ildə Everest zirvəsinə çıxan Şerpa xalqından Tensinq Norgeydən götürülmüş ola bilər. Xeyir-dualı Şimşək — tibetli buddist keşişi Böyük Abbat Yeti
Tintin Milu, Kapitan Haddok və Professor Turnosolla birlikdə Fransa Alplarında kurortda olarkən Tibetin Himalayındakı Qosain Than silsiləsində baş verən təyyarə qəzası haqqında oxuyur. Daha sonra o, dostu Çanq Çonq-Çeni pis yaralanmış və qəzaya uğrayan təyyarənin qalıqlarından kömək istəyən xəyalını görür. Tintin, Milu və hər şeydən şübhələnən Kapitan Haddokla birlikdə Katmanduya uçur. Onlar Şerpa əsilli Tahkini kirayələyirlər və yükdaşıyanların müşayiəti ilə Nepaldan qəza ərazisinə tərəf piyada yola düşürlər. pp. 1–27
Yükdaşıyanlar Yetinin ayaq izlərini gördükdən sonra qorxaraq qrupla getməkdən imtina edirlər. Ancaq Tintin, Haddok və Tahki səyahətə davam edirlər və qəza ərazisinə çatırlar. Tintin Milu ilə birlikdə Çanqın izlərini tapmaq üçün gəzintiyə çıxır və qar çovğununda insan siluetini gördükdən sonra Çanqın divarında adını yazdığı mağaranı tapır. Tahki Tintinin Yetini gördüyünə inanır və ərazi axtarmaq üçün çox böyük olduğundan, onu dostunun axtarışından vaz keçməyə və Nepala qayıtmağa inandırmağa çalışır. Tintin, Çanqın yaxında olduğunu fikirləşərək şərfini qayaya bağlayır və Kapitanla yoluna davam edir. Onlar yuxarıya dırmaşmağa çalışanda Haddok sürüşür və qaya parçalanaraq ona bağlı olan Tintini də təhlükəyə məruz qoyur. Haddok, Tintindən ipi kəsməsini istədikdə Tintin imtina edir. Haddok özü ipi kəsməyə çalışarkən bıçağı salır və vaxtında gəlib çatan Tahkini ayıq salır. Onlar gecə üçün çadır qurmağa çalışırlar. Ancaq çadırlarını itirdiklərinə görə gecə donmamaq üçün yatmadan irəli getməli olurlar. Onlar əldən düşməzdən əvvəl Khor-Biyonqun buddist monastırını tapırlar. pp. 26–44.
Monastırda keşiş olan Xeyir-dualı Şimşək Tintin, Milu, Haddok və Tahkinin təhlükədə olduğunu görür. Tintin isə özünə gəlir və özünə kömək edə bilmədiyi üçün Miluya aparması üçün məktub verir. Milu monastıra qaçır və Xeyir-dualı Şimşəyin öncədən görməsindəki it olaraq rahiblər tərəfindən tanınır. Tintin, Haddok və Tahki monastırda ayılırlar. Abbat Tintindən arzusundan vaz keçməsini istəyir. Ancaq Xeyir-dualı Şimşək Çanqı Yak buynuzundakı dağ mağarasının içərisində sağ şəkildə görür və həm də Yetini orda görür. Tintin və Haddok Yak buynuzuna gedirlər. pp. 44–54.
Onlar mağaraya gəlirlər. Tintin mağaranın içinə daxil olur və Çanqı narahat və qorxmuş vəziyyətdə görür. Meymunabənzər insan şəklində ortaya çıxan Yeti Tintinin Çanqı oradan apardığına qəzəblənir. Tintin kamerasını yandırır və bunu görən Yeti qorxaraq qaçmağa başlayır. Çanq Tintini başa salır ki, qəzadan sonra onun həyatını Yeti xilas edib. Böyük Abbat Tintini dostu Çanqı xilas edərkən göstərdiyi qəhrəmanlığa görə ipək şərflə mükafatlandırır. Qonaqlar evlərinə qayıdırlar. Çanq isə fikirləşir ki, Yeti vəhşi heyvan deyil və onun insan ruhu var. Yeti onların gedişinə uzaqdan kədərlə baxır. pp. 54–62.
Tarixi
Arxa plan və ilk ideyalar 1957-ci ilin oktyabrında Erje onun çap şirkəti Kastermana Tintin macəralarının tamamlanmış 19-cu hekayəsi olan Anbardakı kömürün üz səhifəsini göndərdi və daha sonra həftələr boyunca yeni hekayəsi üçün ssenari ideyaları üzərində işlədi. pp. 93–94 və p. 72. Öz Skautinq günlərini yada salan yazıçı üçüncü hissə olan Tintin Amerikada kitabında olduğu kimi Tintini Amerikanın yerli əhalisinin torpağını böyük korporasiyanın neft axtarmaq istəyindən qorumaq üçün Amerika Birləşmiş Ştatlarına göndərmək istəyirdi. Ancaq Erje belə bir fikrə gəldi ki, "köhnə torpağı qazmaq" geriyə atılmış bir addım olacaq., p. 96; , p. 187; , p. 162; , p. 171. Başqa fikrə görə isə Tintin Hadokun qulluqçusu olan Nestorun köhnə işçilər — Börd qardaşlar tərəfindən törədilmiş cinayətlə günahlandırılmasını sübut etməyə çalışır. Ancaq o, bu fikirdən də daşındı, p. 171; , pp. 72–73; , p. 187; , p. 94; , p. 270. və macəranı silahsız və şiddət səhnələri olmadan qurdu. Bu Tintin macəralarının mənfi xarakter olmayan tək hekayəsi oldu., p. 110Hətta Farr qeyd edir ki, Kastafiorenin zinət əşyaları adlı seriyada hər şeyi səhv eləməyi sevən quş var idi. Üçüncü fikir Tintin və Professor Turnosolu tədqiqatçıların Turnosol tərəfindən qida zəhərlənməsindən qorunması üçün qarla örtülmüş qütb regionuna göndərirdi. Ancaq o, bundan da vaz keçdi və qarlı ətraf mühiti saxlayaraq və Professor Turnosola yox, Tintinə köklənərək ssenarini yazdı., pp. 171–172.
Erjenin əməkdaşı Cakvis Van Melkebeke 1954-cü ildə böyük ehtimalla Cənab Bullokun itməsi (M. Boullock a disparu) əsərindən təsirlənərək hekayəyə məkan olaraq Tibetin seçilməsini təklif etdi., p. 271. "Hədəf Ay" və "Aya ayaq basıldı" hissələri üçün Erjeyə aya ekspedisiya haqqında təsəvvür aşılayan kriptozoologist Bernald Heuvelmans 1955-ci ildə Naməlum heyvanların izində (Sur la piste des bêtes ignorées) adlı kitabının nüsxəsini Erjeyə verdi , p. 165 və içərisində bir gün Tintinin Yeti ilə qarşılaşmasına aid təklif yazdı., p. 96. Erje 1958-ci ilə qədər qərar verdi ki, Tibet Tintinin yeni macərasının ətraf mühiti ola bilər. Başlıq üçün başlanğıc fikirlər İnəyin burnu (Le museau de la vache), Ayının burnu (Le museau de l'ours) və Yakın burnu (Le museau du yak) idi və hamısı əsərin ikinci hissəsindəki dağa görə verilmişdi. , p. 168 Bütün bunlara baxmayaraq, market araşdırması Tintin Tibetdə adını seçdi və təklif edildi ki, əgər Tintinin adı başlıqda işlədilsə, satışlar daha yaxşı olacaq. Əyləncə prodüseri və müəllif Harri Thompson təklif etdi ki, "başlıq Tintin müəssisəsinin solo təbiətini əks etdirir"., p. 173.
Erjenin psixoloji vəziyyəti thumb|300px|Erje Erje "Tintin Tibetdə" komiksi üzərində işlədiyi zaman həyatının travmatik bir mərhələsində idi və depressiyadan əziyyət çəkirdi. 1956-cı ildə o, başa düşdü ki, 1932-ci ildən evli olduğu arvadı Germaineni artıq sevmir və 1958-ci ilə qədər Erje "Studios Erje"də kolorist işləyən Fanni Vlaminklə birlikdə yaxınlıq yaşamışdı. , p. 101 Onların məhkəməsi başladı: Erjenin yeni yoldaşı onun əhval-ruhiyyəsini qaldırdı və onunla eyni maraqları paylaşırdı. , p. 168 Germanie iki sevgili arasındakı eşqbazlığa mane olmağa çalışdı və bu da Erjenin iki qadınla da münasibəti saxlamaq istəyini etiraf etməyə məcbur etdi. , p. 280. Erje ikisindən birini razı sala bilməyəndə Germaineni boşayaraq Fanni ilə evlənmək istədi. , p. 186 Ancaq katolik tərbiyəsi və Skaut oğlanı etikası onu özünü günahkar hiss eləməyə vadar etdi. , p. 161. Daha sonra o, jurnalist Numa Sadoula dedi:
Bu müddət ərzində Erje təkrarlanan kabuslar görürdü və bu yuxularda o, "ağın gözəlliyi və qəddarlığı" kimi təsvir etdiyi şəkillərlə qarşılaşırdı: onun izah edə bilmədiyi ağ görüntü və qar., p. 170 Daha sonra Erje Sadoula dedi:
Keçmiş redaktoru Raymond de Bekerin məsləhəti ilə Erje onu narahat edən yuxularının şərh edilməsi üçün Karl Canqın şagirdi isveçrəli psixoanalist Franz Riklinin qəbuluna düşmək məqsədi ilə Sürixə getdi. , p. 90 Riklin Erjenin yuxularında və "Tintin Tibetdə"də görünən saflıq axtarışını başa düşdü. , p. 108 O, yazıçıya dedi ki, o, mütləq beynindəki saflıq iblisini mümkün olduğu qədər tez öldürməlidir: "Mən sizi ruhdan salmaq istəmirəm. Ancaq siz heç bir zaman öz işinizin məqsədinə çata bilməyəcəksiz. Siz ya buna, ya da ona gedə bilərsiz: Siz bu böhranı həll etməlisiz və ya işinizə davam etməlisiz. Ancaq mən sizin yerinizdə olsa idim, mən dərhal dayandırardım." Riklinin təklifi ilə Tintindən imtina etməyə Erjenin həvəsi artdı və əvəzində o, mücərrəd incəsənətə özünü həsr etdi. Ancaq o, bunu etməyin müvəffəqiyyətsizliyini qəbul etmək olduğunu hiss etdi. , p. 171. Axırda o, Fanni Vlaminklə evlənmək üçün arvadını tərk etdi və kitabı tamamlamağın onu ələ keçirən iblisləri qovacağına inanaraq , p. 172. "Tintin Tibetdə" üzərində işləməyə davam etdi. "Bu cəsur bir qərar idi və yaxşı idi."- reportyor və britaniyalı Tintin eksperti Mikael Farr dedi. "Psixoloji problemlər daxil olmaqla kiçik problemlər onların başlı-başına buraxılması ilə həll edildi." , p. 161 Tomson qeyd etdi: "Bu ironik idi, ancaq bəlkə də gözlənilməz deyildi. Riklin tərəfindən yaradılan vicdan dilemması ilə qarşılaşan Erje Tintinə verdiyi Skaut şərəf sözünü tutdu, Germanieyə yox.", p. 171 Belçikalı Tintin eksperti Filip Qoddin yekunlaşdırdı: "Erje itirilmiş bərabərliyi yenidən qazanmağı axtarırdı. O, saflığı tapmaq arzusunu qəhramanına yeridirdi … Tintin üçün dosta görə kədər və tənhalıq təcrübəsindən keçməyi vacib hesab edərək … və özünü kəşf edərək." , pp. 104, 107.
Erjəyə kitabın hazırlanması zamanı təsir edən amillər 300px|thumb|left|Kitabda təsvir edilən buddist monastırına oxşar Tibetin Himalay dağlarındakı Driqunq monastırı "Tintin Tibetdə"ni yazanda Erjeyə bir çox amillər təsir etdi. Seriyanın arxa planının qarla örtülü mühitdə — Himalay dağlarında qurulması onun təkrarlanan bəyaz yuxularını və "günahın ağlığından" "qorunmanın solo səyahəti" olmalı olan macəra yaratma ehtiyacını izlədi. , p. 172 Solo səyahət ideyası Tintinin ancaq onların bələdçiləri Milu və kontrapunktu və yumoru yaradan həvəssiz Haddok tərəfindən müşayiət edilməsinə səbəb oldu. , p. 110
Çanqın xarakteri haqqında fikirləşərkən Erje 20 il görmədiyi çinli artist dostu Zhanq Çonqreni nəzərə aldı. , pp. 47–48. Erje və Zhanq Erje Mavi Lotus üzərində işləyərkən Çin mədəniyyəti haqqında daha çox öyrəndiyi vaxt hər bazar gününü birlikdə keçirirdilər. , pp. 74–76. Daha sonra Zhanq vətəninə geri qayıtdı və Erje 1937-ci ildə Yaponiyanın Çini işğal etməsindən sonra dostu ilə əlaqəni itirdi. , p. 212 Erje fikirləşdi ki, Tintin və Çanq mütləq birləşməlidirlər. Çünki o da bir gün dostunu təzədən görəcəyinə ümid edirdi. , p. 73.İllər sonra 1981-ci ildə Erjenin ölümündən (1983-cü il) bir az əvvəl Zhanq tapıldı və Brüsseldə Erje ilə görüşdü.