Maks Blek () — ingilis-amerikan filosofu, XX əsr analitik fəlsəfəsinin öncül şəxslərindən biri. Analitik fəlsəfə, dil fəlsəfəsi, incəsənət və riyaziyyat fəlsəfəsi sahələrindəki işləri ilə tanınır.
Həyatı 1909-cu ildə Bakıda yəhudi mülkədar ailəsində anadan olub. Blek (Black) onun "ingilisdilli" soyadıdır, əsl soyadı "Çernıy" olub. Atası Lyonel Çernıy varlı bir iş adamı idi. 1903-cü ildə Sankt Peterburqda dərc edilən "Sion müdriklərinin protokolları" adlı mətnlər toplusu bütün Rusiyada, eləcə də Azərbaycanda antisemitizm hissləri yaymışdı. Bundan qorxan Lyonel Çernıy ailəsi (xanımı Sofiya Divinska, oğulları Maks, Moisey (Mişa), Samuel (Sem) və qızı Rivka (Betti)) ilə əvvəl Parisə, sonra isə Böyük Britaniyaya köçdü və "Black" soyadını qəbul etdi.
Təhsili Kembric Universitetinə qəbul oldu və orda Bertran Rassel və Lüdviq Vitqenşteyndən dərs aldı. Məhz bu dövrdə onda riyaziyyat fəlsəfəsinə maraq oyandı. 1930-cu ildə məzun olmuş və Göttingendə 1 il təqaüdlə oxumaq imkanı qazanmışdır. 1931–1936-cı ilər arasında Nyukaslndə riyaziyyat magistri olmuşdur.
Karyerası 1936-cı ildən London Universitet Kollecində dərs deməyə başlamışdır. 1939-cu ildə doktoranturanı bitirmiş və sonrakı il ABŞ-yə köçmüşdür. Orada İllinoys Universitetində, daha sonra isə 1946-cı ildə Kornell universitetlərində işləmişdir. Onun əsas maraq sahəsi müəllimləri kimi dil, məntiq və riyaziyyat fəlsəfəsi olub. Vitqenşteynin traktatı və Bertran Rasselin Principia Mathematicası onun əsas tədqiqat sahəsi olub. Həmçinin Qottlob Fregein əsərlərini ingilis dilinə tərcümə edən ilk şəxslərdən biridir.
Maks Blek 1948-ci ildə ABŞ vətəndaşlığına keçmiş, 1963-cü ildə Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü seçilmişdir,1988-ci ildə ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində vəfat etmişdir.
Əsərləri The Nature of Mathematics. 1933 Vagueness: An exercise in logical analysis in the Philosophical Society. 1937 A New Method of Presentation of the Theory of the Syllogism. 1944 Language and Philosophy: Studies in Method. (1949). Ithaca, NY: Cornell UP Critical Thinking. 1946. Problems of Analysis. 1954 Metaphors are no arguments, my pretty maiden. (1954–1955) Models and Metaphors. Studies in Language and Philosophy. 1962 A Companion to Wittgenstein’s Tractatus. 1964 The Labyrinth of Language. Mentor, New York 1969. Margins of Precision: Essays in Logic and Language. 1970. Making intelligent choices, how useful is decision theory? 1985 The Importance of Language. 1962. Nachdruck 1982 (ISBN 0-8014-9077-4) Art, Perception and Reality, zusammen mit E. H. Gombrich und Julian Hochberg. 1972 Perplexities.1990
Encyclopedia Britannica məqalələri Abstract and abstraction. 1956 Cild 1, pp. 67–68 (ed. 1957: Cild. 1, səh. 67–68) Antinomy. 1956, C. 2, s. 70 Condition. 1957, C. 6, s. 220–221 Deduction. 1957, C. 7, s. 132–133
İstinadlar
Kateqoriya:ABŞ filosofları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XX əsr filosofları Kateqoriya:Elm filosofları Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Kornell Universitetinin müəllimləri Kateqoriya:London Universitetinin müəllimləri Kateqoriya:London Universitet Kollecinin müəllimləri Kateqoriya:Analitik filosoflar Kateqoriya:Britaniya filosofları Kateqoriya:Yəhudi filosoflar