Katex kilsəsi - Katexçay şəlaləsindən bir neçə kilometr üzü dağlara doğru getdikdə Zaqatala qoruğunun qadağan zonasında (Balakən rayonu ərazisində) yerləşən V əsr alban kilsəsi.

Kilsəyə getmək olduqca çətindir. Bir neçə kilometr mövcud dağ yolu ilə getdikdən sonra çətin dağ cığırlarından (heyvanların açdığı - ora insan nadir hallarda gedə bilər) keçmək, üç dəfə gur dağ çaylarından adlamaq lazımdır.

Dörd sütun üzərində dayanan kilsənin günbəzi qırılaraq onun içinə düşüb. Divarlarının hörgüsü zamanı travertindən istifadə olunub.

Xarici keçidlər Qədim türk yurdu Balaken_Katex - Qədim Alban məbədi (video)

Kateqoriya:Alban kilsələri Kateqoriya:Balakən abidələri Kateqoriya:Azərbaycan kilsələri Kateqoriya:İnşa dövrləri naməlum olan kilsələr Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycandakı pravoslav kilsələri