Gizem Karaca () — Miss Turkey 2011 ikincisi, model və aktrisa. Aktrisa kimi debütü 2011-ci ildə "Eve Düşen Yıldırım" serialında baş rolu canlandırıb.

Həyatı Gizem Karaca 7 sentyabr 1992-ci ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından ailəsi ilə bərabər Amerikaya köçüb. İbtidai məktəbi ABŞ-də, orta məktəbi Kanadada bitirdikdən sonra, lise illərində Türkiyə'yə dönmüşdür. Daha sonra İstanbul Universitetinin fransız dili və ədəbiyyatı fakültəsinə daxil olmuşdur. İngilis və orta səviyyədə fransız dillərini bilir.

Karyerası Universitet illərində çətin keçən dərslərdən qaçmaq üçün Miss Turkey 2011 gözəllik müsabiqəsinə qatılmağa qərar verir və ikinci yeri tutur. Müsabiqə bitdikdən dərhal sonra Eve Düşen Yıldırım adlı serial ilə aktrisa kimi debütünü edir. 2012-ci ildə Emirin Yolu adlı serialda da baş rol oynayır, lakin reytinqlərin aşağı düşməsi səbəbindən serialın çəkilişləri 13.bölümdən sonra dayandırılır. Bundan sonra Karaca ABŞ-yə gedir və bir müddət Nyu York Film Akademiyasında təhsil alır. 2013-cü ilin yayında Benim hala umudum var adlı serialda baş rol Umut Özden / Korkmaz obrazı ilə ekranlara geri dönür. 2014-cü ildə Seni seviyorum adamım adlı ilk sinema filmində oynayır. Film 21 noyabrda tamaşaçılara təqdim olundu. Aktrisa Güzel Köylü adlı serialda baş rol Gül Sümbül obrazını canlandırıb.

Filmoqrafiyası Yıl dizi ve flimler Rol Notlar 2011 L'Oréal Paris Miss Turkey Kendisi — Gizem Karaca Yarışmacı, Kanal: FOX TV , Yarışma 2012 Eve Düşen Yıldırım Muazzez Başrol Oyuncusu, Kanal: Show TV 2012 Emir'in Yolu Güneş Sancaktar Başrol Oyuncusu Kanal: Show TV 2013–2014 Benim Hala Umudum Var Umut Özden/Korkmaz Başrol Oyuncusu, Kanal: Star TV, FOX TV 2014 Seni Seviyorum Adamım Ezel Başrol Oyuncusu, film 2014–2015 Güzel Köylü Gül Sümbül/Alkan Başrol Oyuncusu, Kanal : Star TV 2016 İstanbul Sokakları Nazlı Başrol Oyuncusu, Kanal: Show TV 2017 İçimdeki Fırtına Deniz Başrol Oyuncusu, Kanal: Star TV 2017 Kara Sevda Mercan Konuk Oyuncu, Kanal: Star TV 2017 Küçük Ortak Ceren Başrol Oyuncusu, film 2017 Ay Lav Yu tuu Sultan Başrol Oyuncusu, film 2018 İnsanlık Suçu Suna Değirmenci Başrol Oyuncusu, dizi İl Film Rol Qeydlər 2014 Seni seviyorum adamım Ezel başrol

Mükafat və nominasiyalar İl Mükafat Kateqoriya Nəticə 2011 Miss Turkey gözəllik müsabiqəsi, ikincilik 2012 Miss World gözəllik müsabiqəsi 2012 Miss World best dress and presenter award

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə aktrisaları

Kateqoriya:Miss Türkiyə iştirakçıları Kateqoriya:XXI əsr Türkiyə qadınları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Albaniyaəsilli Türkiyə şəxsləri Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:İstanbulda doğulan aktrisalar