Metro 2033 () — Rusiya yazıçısı Dmitri Qluxovski tərəfindən 2005-ci ildə yazılmış fantastik roman. Roman 2005-ci ildə Rusiyada, 18 mart 2010-cu ildə isə ABŞ-də nəşr olunmuşdur. Roman əsasında videooyun hazırlanmışdır. Dmitri Qluxovski daha sonra romanın davamı olan "Metro 2034" kitabını yazmışdır.

Hekayə Hadisələr 2033-cü ildə baş verir. Nüvə müharibələrindən sonra dünya radiasiya ilə örtülüb, şəhərlər mutasiyaya uğramış heyvan sürüləri ilə doludur. İnsanlar dünyanın ən böyük metrosu — Moskva metrosunda sağ qalmağa çalışırlar. Romanın baş qəhrəmanı Artyomun stansiyası olan VDNÇ digər mutantların əksinə ağıllı olan, insanların zehinlərini oxuya bilən və onları toxunmadan öldürə bilən qəribə mutantların — Qaradərililərin təhlükəsi altındadır. Artyomun ögey atası Suxoyun keçmiş dostu cəsur Hanter Qaradərililərin sirrini açmaq üçün hər kəsin getməyə qorxduğu VDNÇ stansiyasının şimalındakı tunelləri öyrənməyə gedir. Hanter Artyoma geri qayıtmayacağı təqdirdə polisə müraciət etməsini deyir. Hanter günlərlə qayıtmayınca Artyom onu axtarmağa qərar verir. Kitab metro tunellərində və ancaq qaz maskası ilə çıxmağın mümkün olduğu xarici dünyada Artyomun stansiyasını xilas etmək üçün nasistlərlə, sovetlərlə və mutantlarla mübarizəsindən bəhs edir. Kitab oxuyucunu heyrətləndirəcək gözlənilməz bir sonluğa malikdir.

Obrazlar AdıHaqqında Artyom Romanın baş qəhrəmanı. Əsas misyası Hanterin qayıtmamasını "Polis" stansiyasına bildirməkdir. Hanter "Ovçu" ləqəbli insan. Hanter metronun qaralardan qorunması üçün işləyən stalkerdir. Pyotr Andreyeviç VDNX stansiyasının növbətçilərindən biri. Andrey VDNX stansiyanın keşikçisi Saşa Artyomun ögey atası. Saşa Artyom hələ uşaq ikən siçanlardan xilas etmiş, ona atalıq etmişdir. Jenya Artyomun ən yaxın uşaqlıq dostu. Xan Metronun sakinlərindən biri. Xeyirxahdır. Prospekt Mira stansiyasında Artyomun həyatını xilas edir Burbon Alverçi. Burbon Artyomun onu "Prospekt Mira" stansiyasına qədər aparmasını xahiş edir, amma özü yolda ölür. Tuz Adi sakin. Romanda əvvəlcə ona sadəcə saqqalllı adam kimi xitab olunur. Artyom və Hanter ilə birlikdə "Kitay-qorod" stansiyasına gedir. Mixail Porfiryeviç Qoca kişi. Artyom "Kitay-qorod" stansiyasında onun həyatını xilas etmişdir. Vaneçka Mixail Porfiryeviçin baxdığı kiçik qız.

Fəsillər Roman 20 fəsildən ibarətdir: № Fəsilin adı Səhifə sayı (az.versiyası) 1 Səfər başlayır 35 2 Hanter 28 3 Əgər geri qayıda bilməsəm 27 4 Tunelin səsi 28 5 Avtomat daraqları üçün 31 6 Güclü olanın haqqı 36 7 Zülmət Xanlığı 36 8 Dördüncü Reyx 38 9 Öləcəksən 37 10 Keçid yoxdur 34 11 İnana bilmirəm 34 12 Polis şəhərciyi 33 13 Böyük Kitabxana 36 14 Yuxarıda 25 15 Plan 33 16 Ölülərin musiqisi 32 17 Böyük Soxulcanın övladları 26 18 İqtidar 32 19 Son müharibə 35 20 Sürünmək üçün dünyaya gələnlər 25

Videooyun

Metro 2033 romanı əsasında videooyun hazırlanmışdır. 4A Games firması tərəfindan 2010-cu ilin martında buraxılmışıdır. Yazıçı Dmitri Qluxovski də oyunun hazırlanmasında kömək göstərmişdir.

Qəbul 2010-cu ildə 500.000 nüsxəsi satılmışdır. 2 milyon insan kitab hələ çıxmamışdan əvvəl rəsmi saytından oxumuşdur. Roman 20-dən çox ölkədə 30 dilə tərcümə olundu. 2007-ci ildə "Eurocon" müasbiqəsində Avropa Elmi Fantastika Cəmiyyəti tərəfindən Təşviq Mükafatına layiq görüldü.

Tərcümə və nəşr Kitab 20-dən çox ölkədə 30 dilə tərcümə olunub. Əsər 2013-cü ildə Elçin İbrahimov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Hədəf nəşriyyatı tərəfindən çap edilmişdir."METRO 2033″-DMİTRİ QLUXOVSKİ *Metro 2033, Dmitri Qluxovski

İstinadlar

Xarici keçidlər Rəsmi saytı Rəsmi facebook səhifəsi Rəsmi vk səhifəsi

Kateqoriya:Rusiya romanları Kateqoriya:2005-ci ilin romanları Kateqoriya:Rus dilində romanlar Kateqoriya:Dmitri Qluxovskinin romanları Kateqoriya:Uydurmada 2033-cü il