Benedetto Menzini () — italyan şairi.

Həyatı Benedetto Menzini 1646-cı ildə yoxsulluq içində dünyaya gəlmişdir. Keşiş olmuş, natiqlik üzrə dərs demişdir. Papa XII İnnokenti və XI Klimentin qayğısı sayəsində hörmət və firavanlıq qazanmışdır. O, şüurlu olaraq marinizmdən uzaqlaşır. Onun "Poeziya sənəti" adlı kitabı Bualonun əsəri kimi klassisizmin əsas müddəalarının şərhinə həsr olunmuşdur. Bir klassisist kimi Mendizini sənətkarın vəzifəsini "dərin həqiqətləri aydın və yüksək formada əks etdirməkdə" görmüşdür. Tasso və Kyabrera kimi sənətkarların ədəbi irsinə əsaslanan ədib italyan klassisizminin nəzəriyyəçisi və qanunvericisi kimi şöhrət tapmışdır. Onun 1680-ci ildə çap olunmuş "Lirik şeirlər" kitabında klassisizm ədəbiyyatına məxsus meyllər aydın şəkildə nəzərə çarpır.

Benedetto Menzini 1704-cü ildə vəfat edib.

İstinadlar

Kateqoriya:İtaliya şairləri Kateqoriya:XVII əsr şairləri