Yava çökəkliyi və ya Zond çökəkliyi — Hind okeanının şərq hissəsində çokəklik. Myanma sahillərindən (təqribən 13° şimal enliyi) başlayaraq Andaman, Nikobar və Böyük Zond adalarının sualtı yamacları boyunca uzanır. Uzunluğu təqribən 2900 km, maksimum dərinliyi 7130 m (digər məlumatlara görə 7209 m və 7450 m), eni 35 km-ə qədərdir. Dib çöküntüləri terrigen lillər və vulkanogen materiallarıdır.

İstinadlar

Kateqoriya:İndoneziya coğrafiyası Kateqoriya:Hind okeandakı çökəkliklər