Yedigey () — Ağ Orda əmiri, Noqay Ordasının banisi, mənşəcə Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı olmuşdur. 1399-cu ildə Litva knyazı Vitovtun və Toxtamışın birləşmiş ordusunu məğlub etmişdi. Həmin ildən əslində Qızıl Ordanın başçısı idi. Keçmiş Cuçi uluslarının hamısını birləşdirmişdi. 1406-cı ildə Toxtamışı öldürmüş, 1408-ci ildə rus torpaqlarına hücum edərək bir çox şəhəri dağıtmışdı. 1410 – 1412-ci illərdəki ara müharibələri zamanı hakimiyyətini itirmiş və Xarəzmə qaçmışdı. Toxtamışın oğlanları ilə mübarizədə öldürülmüşdür.
Mənbə Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjaсы, 1981, cəhифə 102.
İstinadlar
Kateqoriya:Qızıl Orda hökmdarları Kateqoriya:Öldürülmüş hökmdarlar Kateqoriya:Noqay biyləri Kateqoriya:XV əsr şəxsləri Kateqoriya:Əmirlər