Bernardo Daddi (1290, Florensiya - 1348, Florensiya) - İtalyan rəssam. Cottonun şagirdi olmuşdur və sienalı sənətçi Pietro Lorenzettidən təsirlənmişdir.
Həyatı
İş üslubunda həm Cottonun, həm də Pietro Lorenzettinin təsirləri müşahidə olunur.
Daddinin əsas yaradıcılığı 1328-1348-ci illərinə təsadüf etmişdir. İnsan bədənini incəliklə təsvir etmək qabiliyyətinə sahib olmuşdur.
Daddinin Oqnissanti kilsəsi üçün 1328-ci ildə tamamladığı triptik (hazırda Florensiyada, Uffizi qalereyasında sərgilənir) əsər onun ən məşhur rəsm əsəridir. Həmçinin Avropa, ABŞ-də sərgilənən bir çox rəsm əsəri mövcuddur.
Əsərləri
Kateqoriya:1290-cı ildə doğulanlar Kateqoriya:Florensiyada doğulanlar Kateqoriya:1348-ci ildə vəfat edənlər Kateqoriya:Florensiyada vəfat edənlər Kateqoriya:İtaliya rəssamları Kateqoriya:İtalyan rəssamlar Kateqoriya:XIII əsr rəssamları Kateqoriya:XIV əsr rəssamları Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:XIV əsr İtaliya rəssamları Kateqoriya:XIII əsr İtaliya rəssamları Kateqoriya:Florensiya rəssamları