Kandidu Portinari (29 dekabr 1903, Brodovski - 6 fevral 1962, Rio de Janeyro) - Braziliya rəssamı.

Həyatı

Kandidu Portinari İtaliyadan köçüb gələn ailənin oğlu kimi 29 dekabr 1903-cü ildə Braziliyanın Sao Paulo şəhərinin yaxınlığında yerləşən qəhvə sənayesi bölgəsi olan Brodovskidə anadan olmuşdur.

"Qurunun kəşfi" (1941)|thumb|left Rio de Janeyroda incəsənət akademiyasında təhsil aldıqdan sonra 1928-ci ildə qızıl medal ilə təltif edilərək Parisə səyahət etmək imkanı qazanmışdır. 1928-1930 illərində Parisdə qalan rəssam 1930-cu ildə Braziliyaya qayıtmışdır.

Növbəti illərdə o, Braziliya Kommunist Partiyasına üzv olmuş və 1947-ci ildə senat seçilmişdir. Amma kommunistlərə qarşı aparılan işlər nəticəsində Uruqvaya sığınmağa məcbur olmuşdur. 1951-ci ildə yenidən Braziliyaya qayıtmışdır. Həyatının son illərində bir çox xəstəliklə mübarizə aparmalı olan Portinari 1962-ci ildə istifadə etdiyi keyfiyyətsiz rəsm ləvazimatları səbəbi ilə ölmüşdür.

Rəssamlıq karyerası boyunca əsərlərinin çoxunu memar Oskar Nimeyer ilə birlikdə yaratmışdır. Braziliyanın dörd bir tərəfində əsərləri sərgilənməyə davam edir. Hazırda BMT-nin Nyu Yorkdakı qərargahında "Müharibə və Sülh" adlı rəsm əsərləri də sərgilənməkdədir.

Kateqoriya:Braziliya rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Braziliyada doğulanlar Kateqoriya:Braziliyada vəfat edənlər