Hobart — Avstraliyanın Tasmaniya adasının ən böyük şəhəri və paytaxtı. Dervent çayının və Vellinqton dağının (1270 m) yaxınlığındadır.

Tarixi Hobart şəhərində ilk yaşayış məntəqəsi Risdon körfəzində qurulmuşdur. YYaşayış məntəqəsi daim fransızlarla ingilislər arasında mübahisə yaratmışdır. 20 fevral 1804-cü ildə yaşayış məntəqələri daha uyğun olan Sullivan körfəzinə köçürülmüşdür. Yaşayış məntəqəsi uzun müddət buranı idarə edən Lord Hobartın adı ilə Hobart Taun və Hobarton adlandırılmışdır. Buranın əsl sakinləri yerli Mouhenener qəbiləsi olmuşdur. Uzun müharibələrdən sonra aboregenlərin sayı kəskin azalmışdır. Çarlz Darvin 1836-cı ilin fevralında bu şəhərdə olmuşdur.

Coğrafiya Hobar Darvent çayının yaxınlığında yerləşir. Şəhər mərkəzi Sullivan körfəzində yerləşir. Şəhər üç inzibati bölgəyə ayrılır: "Hobart, Qlenorçi və Klarens. Şəhərin daha kasıb hissəsi dağlıq bölgələrdə yaşayır.

Şəhərin idarə orqanları Hobart rayonunda yerləşir.

Qardaşlaşmış şəhərlər Yaizu L'Aquliya Brest

Qalereya

İstinadlar

Kateqoriya:Avstraliya şəhərləri Kateqoriya:1803-cü ildə yarananlar